İranda tikilən dəmiryolu yanvarın 19-da istismara hazır olacaq
Tarix: 05.01.2017 | Saat: 15:02:00 | E-mail | Çapa göndər
Yanvarın 19-da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tikilən İranın ən iri dəmir yolu körpüsü istismara hazır olacaq.
AZƏRTAC “Financial Tribune” saytına istinadla xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma nazirinin müavini Xeyirullah Xadəmi deyib.
Onun sözlərinə görə, körpünün tikintisi iki həftəyə yekunlaşacaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İran istiqamətində Astara (Azərbaycan)-Astara (İran)- Rəşt-Qəzvin dəmir yolu xəttinin bir hissəsi olan bu körpü yanvarın 19-da istismara hazır olacaq.
Yerli mütəxəssislər tərəfindən icra edilən layihə barədə məlumat verən X.Xadəmi söyləyib ki, 1,43 kilometr uzunluğunda olan körpü İranın Gilan vilayətində yerləşən Məncil şəhərində Səfidrud çayının sahillərini birləşdirəcək. Bu körpü son inşaat mərhələsində olan Qəzvin-Rəşt dəmir yolunun da bir hissəsidir.
Hesablamalara görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istismara veriləndən sonra Azərbaycan ilə İran arasında mövcud 600 min ton ticarət dövriyyəsi ildə 5 milyon tona (ildə 500 milyon dollar) yüksələcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.03.2017
ABŞ-da silahlı insident nəticəsində 2 nəfər ölüb
27.03.2017
Nebraskada 28 may “Azərbaycan Milli Günü” elan edilib
27.03.2017
Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
17.03.2017
“Brexit” proseduru yaxın iki həftədə işə salınacaq
17.03.2017
Fransızların 75 faizi Fransua Fiyonun seçkilərdən çəkilməsini istəyir

Şərh əlavə olunmayıb



    ,    
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Aydan Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5945

1 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
2 Nebraskada 28 may “Azərbaycan Milli Günü” elan edilib
3 Qazaxıstan ölkəmizdə keçiriləcək ADEX sərgisində fəal iştirak edəcək
4 “Azexport.az” portalı İtaliyada təqdim olunub
5 Məktəblilərin Qobustana ekskursiyası bayram günlərində də davam edib
18.03 12:50 Şəkərbura
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info