Yaponiyadakı hərracda nəhəng tuna balığı 640 min dollara satılıb
Tarix: 05.01.2017 | Saat: 14:47:00 | E-mail | Çapa göndər
Tokiodaki məşhur Çukuzi bazarında cari ilin ilk hərraclarında nəhəng mavi tuna balığı 74,2 milyon yenə (təqribən 640 min dollara) satılıb. Bu, əsrin əvvəllərindən indiyədək ikinci ən yüksək qiymətdir.
Aomori prefekturasının sahillərində tutulan həmin balığın çəkisi 212 kiloqrama bərabərdir.
Bu günədək həmin hərraclarda ən bahalı balıq 2013-cü ildə satılıb və onun qiyməti 155 milyon yenə (həmin vaxtın məzənnəsi ilə 1,3 milyon dollar) bərabər olub.
Ötən il isə ilk hərracda satılan tuna balığının qiyməti 14 milyon yen (117 min dollar) təşkil etmişdi.
Yaponiyada tuna balığının ilk hərracı Yeni il bayramından sonra ölkənin işgüzar həyatı barədə fikir yaradır. İlin ilk hərracından asılı olaraq ölkə iqtisadiyyatında “əsəcək küləklər”in istiqaməti müəyyən edilir. Bunun hadisələrin sonrakı gedişi ilə təsdiq olunmasından asılı olmayaraq, ilk tuna balığının yüksək qiyməti Yaponiyada yaxşı əlamət kimi qəbul edilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Ayaqlar üçün vanna
23.06.2017
2 yaşlı “maqnit uşaq” hamını təəccübləndirir
23.06.2017
Məşhur viruslar dünya təşkilatlarının dörddə birinə hücum edib
23.06.2017
Gözdə olan itdirsəyi necə müalicə edilir?
22.06.2017
Formula-1 pilotları Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobilləri ilə

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6809

1 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
2 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
3 “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət”
4 Daxili Qoşunların Şirvandakı hərbi hissəsinin açılışı olub
5 Avropa ölkələri borc bataqlığında
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info