Türkiyə koalisiya qüvvələrinin İncirlik hərbi bazasından istifadəsini məhdudlaşdıra bilər
Tarix: 05.01.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər
Rəsmi Ankara ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin  İncirlik hərbi bazasında yerləşməsinin məqsədəuyğunluğunu sual altına qoyub.
 
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu baş nazirin müavini Veysi Kaynak deyib. 
 
Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hərbi bazadan istifadəsi məsələsi hökumətin gündəliyində olub.
 
Qeyd olunur ki, Ankara ABŞ-ın Suriya məsələsində dəstək verməməsindən üzgündür.
 
ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri İncirlik hərbi bazasından ABŞ ilə Türkiyə arasında imzalanan hərbi və iqtisadi əməkdaşlıq üzrə razılaşma əsasında istifadə edir.  
 
Türkiyə Prezidenti Aparatının sözçüsü İbrahim Kalın isə bildirib ki, Türkiyənin bölgədə İŞİD-lə apardığı mübarizəyə müttəfiqləri də dəstək verməlidir: “Bölgədə terror dəhlizinin yaranmasına imkan verməyəcəyik. ABŞ Suriya müxalifətinə verdiyi sözü yerinə yetirsəydi, Hələbdə qətliam olmazdı. İncirlik bazasını bağlamaq hüququmuz var, amma əvvəlcə şərtlər dəyərləndirilməlidir”. 




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
Şərqi Avropa Brüssel üçün “zibil qutusu“ rolunda
23.10.2017
Həmid Rıza: “Türkmənistan qazının İran üzərindən Azərbaycana nəql olunmasında problem yoxdur“
23.10.2017
“EcuRed” internet ensiklopediyasına “Qarabağ” klubu haqda məqalə əlavə edilib
20.10.2017
Nağd pula ehtiyac olmayacaq
20.10.2017
Suriyaya nəzarət uğrunda savaş: Şoyqunu İsrailə aparan səbəb

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7542

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info