Bayram günlərində Qəbələyə 4 minə yaxın turist gəlib
Tarix: 05.01.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər
Qəbələ rayonu coğrafi quruluşuna, paytaxta yaxın olmasına və müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkəmizdə 5 gün davam edən bayram tətilində Qəbələnin turizm məkanlarına üz tutan yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub. Qarlı dağlarda motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, kanatla dağlarda gəzmək və buz üstündə xizəklə sürüşmək, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək, balıq tutmaq barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşib. Son günlər rayonda əsl bayram ab-havası yaşanıb, bütün otellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub.
Qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb, tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Burada yerləşən 20 müasir otel və istirahət mərkəzi bayram günlərində, ümumilikdə, 4 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Qəbələyə üz tutan turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağlardakı ucqar kəndlərə gedərək mənzərəli yerlərlə tanış olublar.
Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova AZƏRTAC-a müsahibəsində bayram günlərində rayona gələnlər arasında yerli turistlərin çoxluq təşkil etdiyini bildirib. Yeni ili Qəbələdə qarşılayan xarici turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Hindistan, Rusiya və Pakistandan gələnlər daha çox olub. Rayona gələn əcnəbi turistlər arasında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım müşahidə edilib.
Qəbələ Turizm İnformasiya Mərkəzindən bildiriblər ki, hər il Qəbələyə gələn əcnəbi turistlər arasında Rusiya və Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edirdi. Amma 2016-cı ildə ilk dəfə olaraq Qəbələyə müsəlman ölkələrindən gələn turistlərin sayının həddən artıq çox olması rayonun turizm bazarını daha da genişləndirib. Ötən ilin yay və payız aylarında Qəbələyə ərəb turistlərin axını daha çox olub. 2016-cı ildə ilk dəfə olaraq ərəb ölkələrindən Qəbələyə 20 minə yaxın turist gəlib. Təbii ki, xarici turistlərin istirahəti üçün Qəbələdə bütün imkanlar mövcuddur. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub ki, bunun da 32 min 600 nəfəri xarici turistlərdi. 2015-ci ildə isə Qəbələyə 80 min 200 nəfər yerli və xarici turist gəlmişdi”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.05.2018
Ermənistan silahlı bölmələri atəşkəsi 93 dəfə pozub
19.05.2018
Naxçıvan iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyiş əldə edib
18.05.2018
Qazaxda Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı Nəbi Nəbiyevin 100 yaşı qeyd olunub
18.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir
18.05.2018
Lerikdə 75 ağacın kəsilməsi faktı aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9285

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


21.05 00:48
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info