Strateji Yol Xəritəsində orta və uzunmüddətli dövrdə tətbiq ediləcək makroiqtisadi siyasətin ana xətləri müəyyənləşdirilib
Tarix: 05.01.2017 | Saat: 16:10:00 | E-mail | Çapa göndər
Bu yaxınlarda qəbul olunan “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə orta və uzunmüddətli dövrdə tətbiq ediləcək makroiqtisadi siyasətin ana xətləri müəyyənləşdirilib. Heç şübhəsiz, burada əsas diqqəti çəkən məqamlardan biri də əvvəlki illərdə iqtisadi artımın dəstəkləyicisi kimi çıxış edən neft gəlirlərindən istifadəetmə qaydalarının müəyyənləşdirilməsi olub. Belə ki, 2017-ci ildən başlayaraq, neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsində “qızıl qayda” adlanan köçürmə mexanizmi tətbiq edilməsi nəzərdə tutulur. “Qızıl qayda” köçürmə mexanizminin tətbiq edilməsinin əsas məqsədi Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürülən gəlirlərin həcminin sabitləşdirilməsi və dövlət büdcəsinin xərclərinin (və beləliklə də ÜDM artımının) neftin qiymətindəki dəyişkənlikdən asılılığının azaldılması, başqa cür ifadə etsək, qorunması hədəflənir.
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev AZƏRTAC-a müsahibəsində bildirib.
Ekspert qeyd edib ki, 2004-2014-cü illər ərzində neft gəlirlərindəki artım fonunda Azərbaycanda tətbiq edilən fiskal və monetar genişləmə siyasəti iqtisadi artımın dəstəklənməsinə yönəldilmiş və nəticədə bu dövrdə iqtisadi artım orta rəqəmlə 16,9 faiz olub. Bu dövrdə Keynsçi makroiqtisadi siyasət tətbiq edilərək neft gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə koçürülməsi nəticəsində cari və investisiya xərclərindəki davamlı artım effektiv tələbin, ümumilikdə isə məcmu tələbin həcmini artırıb, bu isə öz növbəsində multiplikativ təsir yaradaraq yüksək iqtisadi artımı təmin edib. Nəticədə Azərbaycan iqtisadiyyatı adambaşına ÜDM həcminə görə yüksək-orta gəlirli ölkə mövqeyinə yüksəlib. 1990-cı illərin əvvəllərində iqtisadi potensialının 60 faizindən çoxunu itirmiş və adambaşında ÜDM baxımından az gəlirli ölkələr mövqeyinə geriləmiş ölkə üçün bu nəticəni yüksək nailiyyət kimi qəbul etmək lazımdır.
Neftin dünya bazarlarında qiymətinin ucuzlaşmış olduğu hazırkı dövrdə isə makroiqtisadi siyasətdə müəyyən konsolidasiyanın edilməsi zərurəti yaranıb. Belə olan halda, əlbəttə fiskal və monetar siyasət vasitələri yenidən, fəqət artıq fərqli bir istiqamətdə əhəmiyyət qazanır. Belə ki, fiskal və monetar siyasət artıq elə istiqamətdə qurulmalıdır ki, iqtisadi aktivlikdəki azalmanın qarşısı alınsın, tədricən iqtisadi artım bərpa olunsun və eyni zamanda, yüksək inflyasiyanın qarşısı alınsın.
Məlum olduğu kimi, iqtisadiyyatın müxtəlif konyuktur dövrlərində müxtəlif büdcə kəsiri yanaşmalarından (“ilkin büdcə kəsiri”, “əməliyyat kəsiri”, “cari kəsir”) istifadə olunur. Məsələn, yüksək xarici və daxili borclarla qarşılaşan ölkələrdə “ilkin büdcə kəsiri - primary budget deficit” yanaşmasından istifadə olunur ki, burada alınmış borclar üçün edilən faiz ödəmələri nəzərə alınmadan büdcə gəlirləri ilə xərcləri arasında tarazlılıq qurulması, sonra isə tədricən ilkin büdcə profisitinə nail olunmaqla ümumilikdə büdcə tarazlılığının qurulması hədəflənir. Bu baxımdan, hazırkı konyukturada Azərbaycanda “qeyri-neft büdcə kəsiri” yanaşmasından istifadə edilməsi zərurəti yaranır ki, Strateji Yol Xəritəsində də bunun əhəmiyyəti vurğulanıb. Belə ki, Strateji Yol Xəritəsində dövlət büdcəsinin xərcləri ilə qeyri-neft büdcə gəlirləri arasındakı fərqi əks etdirən “qeyri-neft büdcə kəsiri”nin “qızıl qayda” əsasında maliyyələşdirilərək 2015-ci ildə 34,7 faiz olan “qeyri-neft büdcə kəsiri”/”qeyri-neft ÜDM” nisbətinin sonrakı illərdə mütəmadi azaldılaraq 2020-ci ildə 27,4 faizə çatdırılması planlaşdırılır. Eyni zamanda, “qızıl qayda” əsasında dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri, investisiya xərclərinin isə Dövlət Neft Fondundan edilən köçürmələr həcmində saxlanılması nəzərdə tutulur ki, bunu da maliyyə intizamının təmin edilməsi istiqamətində atılmış mühüm addım kimi qəbul etmək lazımdır. Bunun nəticəsində hazırda 50 faiz olan Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən köçürmələrin dövlət büdcəsi xərclərinə olan nisbətinin isə 2025-ci ildə 15 faizə azaldılması nəzərdə tutulur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.02.2017
Nəsimi rayon ictimaiyyəti Gənc Tamaşaçılar Teatrında
23.02.2017
ADPU-da hesabat-seçki iclası keçirilib
23.02.2017
BANM tələbələrini Yunanıstana göndərir
23.02.2017
“Türkiyəli sahibkarların ölkəmizdə daha çox emal sənayesinə investisiya yatırmasına ehtiyac var”
23.02.2017
Nazir: “Azərbaycanla Türkiyə kənd təsərrüfatı məhsullarını bir-birindən almalıdır“

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5530

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
3 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
4 Sözün bədii və poetik ifadəsi bitmir
5 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info