Baş nevroloq: “Qəflətən yaranan baş ağrıları beyin şişlərinin ilkin əlaməti ola bilər”
Tarix: 05.01.2017 | Saat: 17:45:00 | E-mail | Çapa göndər
Son zamanlar hər kəsi narahat edən və müxtəlif xəstəliklərin təzahürü kimi meydana çıxan əlamətlərdən biri də baş ağrılarıdır. Bunun səbəbləri nədir?
AZƏRTAC xəbər verir ki, bu və ya digər suallara Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Tibb Universitetinin I nevrologiya və tibbi genetika kafedrasının müdiri, professor Şərif Mahalov aydınlıq gətirib. “Baş ağrılarının səbəbləri çoxdur. Arterial təzyiqin dəyişməsi, baş-beynin iltihabı, travması və şişləri, nevralgiyalar, vegetativ disfunksiya, günvurma və istivurma əsas səbəblərdir. Baş ağrıları uzunmüddətli, göynədici, kəskin, eyni zamanda, dözülməz olmaqla bütün başı əhatə edə və ya ancaq gicgah nahiyəsində lokallaşa bilər. İkitərəfli göynədici baş ağrıları adətən yuxudan sonra səhər saatlarında meydana gəlir və gicgah nahiyələrini əhatə edir”, - deyə Ş.Mahalov bildirib.
Baş nevroloq qeyd edib ki, son vaxtlar geniş yayılmış psixogen baş ağrıları əsasən psixiki və fiziki xarakterli gərginlik, o cümlədən həyəcan vəziyyətində və depressiya zamanı yaranır. Belə hallarda ağrının xarakterini təsvir etmək çətin olur. Ağrı göynədici, sıxıcı olmaqla ənsə, alın və ya gicgah nahiyələrini, həmçinin başın hər yerini əhatə edir. Xorton (histamin) baş ağrıları isə periodik olaraq qısa tutmalarla (15 dəqiqə-2 saat) təzahür edir. Belə baş ağrıları ya gecə vaxtı, ya da səhər yaranır. Ağrı çox güclü, yandırıcı, deşici olur, qəflətən əmələ gəlir və başın bir tərəfində göz nahiyəsində məhdudlaşır. Xorton baş ağrıları əsasən 20 yaşdan yuxarı kişilərdə rast gəlinir. Əgər baş ağrıları zökəm əlamətləri ilə təzahür edirsə, bu hal beyin qişalarının iltihabı - meningit haqqında düşünməyə əsas verir. Meningit zamanı baş ağrıları güclü olur, gözə təzyiq edə, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər.
Onun sözlərinə görə, qəflətən başlayan kəskin baş ağrıları beyinə qansızma zamanı yaranır. Bu hal əsasən arterial təzyiqin yüksəlməsi və beyin damarlarının aterosklerozu zamanı ortaya çıxır. Ona görə belə hallarda təcili yardımı vaxtında çağırmaq lazımdır. Əgər baş ağrısı qəflətən, müntəzəm və intensiv olursa, nevroloqa müraciəti gecikdirmək olmaz. Belə ağrı baş-beyin şişlərinin ilkin əlaməti də ola bilər.
Baş nevroloq bildirib ki, toksiki baş ağrıları bəzi maddələrlə zəhərlənmələr və ya dərman preparatlarının qəbulundan sonra yaranır. Axıcı baş ağrıları isə tam sağlam insanlarda qapalı məkanlarda beyinə oksigen çatışmazlığı nəticəsində yaranır. Buna dəm qazı, avtomobil qazları, boya buxarlanması, kəskin ətirlər səbəb ola bilər.
Baş ağrıları zamanı müxtəlif dərmanlardan istifadə etməyin təhlükəsinə gəlincə, həkim vurğulayıb ki, belə vəziyyətdə çoxlu miqdarda ağrıkəsici preparatlar qəbul etmək təhlükəlidir. Bu, ciddi fəsadlarla nəticələnə bilər. Bundan başqa, analgetiklərin uzunmüddətli qəbulu baş-beynin ağrı əleyhinə mərkəzinin süstləşməsinə və yeni azbus (dərmanlar tərəfindən törənən) baş ağrılarının meydana gəlməsinə səbəb ola bilər. “Baş ağrılarının profilaktikası məqsədilə beyin damarlarını yüngül ovuşdurmaq, təmiz havada gəzmək lazımdır. Dərmanlardan hədsiz dərəcədə istifadə etmək məsləhət görülmür. Əgər baş ağrısı keçmirsə, özbaşına müalicə ilə məşğul olmaq əvəzinə gecikmədən nevroloq-həkimə müraciət etmək lazımdır”, - deyə Ş.Mahalov əlavə edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2017
Qusarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilən evlər tezliklə təhvil veriləcək
21.11.2017
Bakıda marşrut xətlərindən biri dəyişib
21.11.2017
Nizami rayon Məşğulluq Mərkəzi 924 nəfəri işlə təmin edib
21.11.2017
Növbəti hərracda 18 dövlət əmlakı özəlləşdirilib
21.11.2017
 İslahatların tətbiqi uğurla həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7741

1 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
2 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
3 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
4 Latviyada məktəblərin yarısı bağlanır
5 Azərbaycanda sığorta sahəsində inqilab
21.11 11:00 AZAL işçi axtarır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info