Yüz beş yaşlı fransız qeyri-adi idman rekordu müəyyənləşdirib
Tarix: 05.01.2017 | Saat: 17:47:00 | E-mail | Çapa göndər
Yüz beş yaşlı fransız Rober Marşan Fransanın milli velodromunda bir saata 22,5 kilometr məsafə qət edərək öz yaş kateqoriyasında rekorda imza atıb.
AZƏRTAC BBC.com saytına istinadla xəbər verir ki, hazırda Marşan 105 yaşdan yuxarı velosipedçilər arasında çempiondur. O, 2012-ci ildən bəri “100 yaşdan 105 yaşadək” kateqoriyasında çempion titulunu əlində saxlayır.
“Mən bura çempion olmaq üçün deyil, 105 yaşlı insanın velosiped sürə biləcəyini sübut etmək üçün gəlmışəm”, - deyə Marşan yürüşdən sonra qeyd edib.
Velosipedçinin sözlərinə görə o, distansiyanı daha yaxşı nəticə ilə - bir saata 26,9 kilometr qət edərək başa vura bilərdi.
Bu yaşda əla fiziki göstəriciyə necə nail olduğu barədə suala cavabında Marşan düzgün pəhrizin vacibliyini vurğulayıb. O, çoxlu meyvə və tərəvəz yeməyi, ətdən az istifadə etməyi və çox qəhvə içməməyi məsləhət görüb. Bundan əlavə, fransız günün bir saatını velosiped trenajorunda keçirir.
Rober Marşan 1911-ci ildə anadan olub. İkinci Dünya müharibəsi zamanı nasistlərə əsir düşüb. Müharibədən sonra Venesuelada şəkər qamışı plantasiyasında və Kanadada odunçu işləyib. O, idmançı kimi beynəlxalq gimnastika yarışlarında ölkəsini təmsil edib, həmçinin boksla məşğul olub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2017
“Reynaldo Türkiyə və ya Avropada oynamaq istəyir“ -
19.01.2017
“Boavişta“ Kamranın cəzasının azaldılmasını istəyir
19.01.2017
Luis Enrike “Barselona”dan gedir?
18.01.2017
“Liverpul” Berardini transfer etmək istəyir
18.01.2017
La liqada istefa

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5217

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
5 Yapon məktəblilərindən məktublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info