İki yüz azərbaycanlı gənc Macarıstanda təhsil almaq imkanı əldə edəcək
Tarix: 05.01.2017 | Saat: 20:54:00 | E-mail | Çapa göndər
Cari il üçün Macarıstanda təqaüd proqramı elan edilib. Bu proqram 200 azərbaycanlı tələbəyə Macarıstanın nüfuzlu universitetlərində pulsuz təhsil almaq imkanı verir.
Proqram çərçivəsində azərbaycanlı tələbələrin təhsil haqqı, yataqxanada yaşaması və illik tibbi sığorta haqqı tamamilə ödəniləcək və bundan əlavə bakalavr və magistr dərəcəli tələbələrə 130 avro, doktoranturada oxuyanlara isə 450-580 avro məbləğində aylıq təqaüd veriləcək. Macarıstanda pulsuz təhsil almaq istəyən tələbələr üçün yanvarın 14-də “Dəmirçi Plaza”da “Study in Hungary”nin təşkilatçılığı ilə keçiriləcək təqdimatda Debrecen Universitetinin əməkdaşları təqaüd proqramları barədə məlumat verəcək, tələbələrin və valideynlərin suallarını cavablandıracaqlar. Həmçinin tələbələrimiz Debrecen Universitetinin nümayəndələrinə suallarını (ingilis və rus dillərində) ünvanlaya biləcəklər. Bu ali məktəbin nümayəndələri kompüter mühəndisliyi, biznesin idarə edilməsi, tikinti və inşaat mühəndisliyi, səhiyyə elmləri, fizika və kimya mühəndisliyi, maşınqayırma, mexanika, elektrik mühəndisliyi və digər yüksək tələbatlı ixtisaslarda təqaüdlü təhsil almaq imkanları barədə azərbaycanlı tələbələrə geniş məlumat verəcəklər. Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçmək üçün adını, soyadını və atasının adını, mobil telefon nömrəsini, xarici pasportunun foto və imza olan səhifələrinin, əgər varsa IELTS (TOEFL və SAT) balının skanerdən keçirilmiş surətlərini office@study-hungary.com e-mail ünvanına göndərməlidirlər. Qeydiyyat yanvarın 13-ü saat 12:00-dək aparılacaq. Eyni zamanda, tələbələr (050) 257-11-41 mobil telefon nömrəsinə öz ad, soyad, ata adını və e-maillərini göndərməklə qeydiyyatdan keçə bilərlər.Qeyd edək ki, azərbaycanlı tələbələrin ən çox seçdikləri və pulsuz təhsil aldıqları ali təhsil ocaqları arasında birinci olan Debrecen Universitetinin diplomu hökumətimiz tərəfindən tanınır.




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
ADPU-da Elektron Universitet yaradılacaq
17.01.2017
Bayıl-20-ci yaşayış sahəsi üzrə ərazi nümayəndəliyi hesabat verib
17.01.2017
Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
17.01.2017
İslam Həmrəyliyi Oyunlarında 10 min könüllü iştirak edəcək
17.01.2017
“Davosa doğru-Bakı“ Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
3 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
4 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
5 MKİ etiraf etdi: “Obama administrasiyası “ərəb baharı”nın nəticələrini doğru hesablamayıb”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info