Ukraynaya Avropa İttifaqı və NATO-dan imtina etmək təklif olunur
Tarix: 05.01.2017 | Saat: 21:02:00 | E-mail | Çapa göndər
“ABŞ-da hakimiyyətə gələn yeni administrasiya əvvəlki siyasəti dəyişəcək. Avropada da Moskva ilə dialoqa tərəfdar olan qüvvələr hakimiyyətə gəlməyə başlayıb. Yeni şəraitə uyğunlaşmaq üçün Ukrayna hakimiyyəti “əziyyətli kompromislərə” getməyə hazır olmalıdır”
Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev “Wall Street Journal” nəşrində rəsmi açıqlama ilə çıxış edib. Onun bu məqaləsi ukraynalı milyarder Viktor Pinçukun bir neçə gün əvvəl Donbas probleminin həlli və Moskva ilə münasibətlərlə bağlı müəyyən təkliflərlə çıxış etməsinə rəsmi cavab olub.
Cavab məqaləsi Ukrayna dövlət başçısının saytında da yerləşdirilib. Ukraynalı milyarderin ötən ilin sonunda açıqladığı təkliflər ölkədə geniş rezonans doğurub. Pinçuk həmin rezonans doğuran məqaləsində bəyan edib ki, dünyada siyasi-iqtisadi vəziyyət ciddi şəkildə dəyişir: “Hamı bildirir ki, ABŞ-da hakimiyyətə gələn yeni administrasiya əvvəlki siyasəti dəyişəcək və Rusiyaya qarşı yeni münasibət ortaya qoyulacaq. Avropada da Moskva ilə dialoqa tərəfdar olan qüvvələr hakimiyyətə gəlməyə başlayıb. Yeni şəraitə uyğunlaşmaq üçün Ukrayna hakimiyyəti “əziyyətli kompromislərə” getməyə hazır olmalıdır. Ukrayna yaxın illər ərzində Avropa İttifaqına üzv olmaq cəhdindən imtina etməli və etiraf etməlidir ki, orta müddətli perspektiv üçün NATO-ya üzv olmayacaq”. Pinçuk rəsmi Kiyevi Donbasda yerli orqanlara keçirilən seçkilərin nəticələrini tanımağa çağırmaqla yanaşı, qeyd edib ki, Krım məsələsi də ölkənin şərqində müharibənin başa çatmasına imkan verən razılaşma yolunda dayanmamalıdır. Milyarder qeyd edib ki, Ukrayna hakimiyyəti bu vəziyyəti nəzərə almaqla təkliflər hazırlamalıdır. Viktor Pinçuk hesab edir ki, dünyada vəziyyət dəyişdiyindən Kiyev özü kompromislərə getməyə hazır olmalıdır. Kiyevin siyasi dairələri dərhal Pinçuku tənqid atəşinə tutublar. Ali Radanın deputatı İqor Mosiyçuk milyarderin təkliflərini “Moskva qarşısında kapitulyasiya”, “dövlət çevrilişinə cəhd” adlandırıb. Deputat İqor Luçenko milyarder Pinçuku “təhlükəli düşmən” adlandırıb. Parlamentdəki “Müxalifət bloku”nun üzvü, keçmiş vitse-premyer Aleksandr Vilkul isə maraqlı mövqe ortaya qoyaraq milyarderə dəstək ifadə edib: “Ola bilsin ki, cəmiyyətin müəyyən hissəsi bu təkliflərə hazır deyil, yarım il keçəcək, münasibət dəyişəcək”. Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyevin rəsmi cavab sayılan məqaləsində qeyd edilir ki, bu cür kompromislərə razı ola bilməzlər. Poroşenko administrasiyası bildirir ki, rəsmi Kiyev Donbasda yerli orqanlara seçki keçirilməsinə qarşı deyil, amma bir şərtlə ki, seçki Ukrayna qanunları və ATƏT standartlarına uyğun olsun. Konstantin Yeliseyev qeyd edib ki, Ukrayna tərəfindən heç bir ərazi sövdələşməsi olmayacaq. Poroşenko administrasiyası Avropa İttifaqı və NATO-dan imtina ilə bağlı təklifə də münasibət açıqlayıb: “Bu qədər kəskin dönüş etmək Ukraynada istənilən siyasətçi üçün intihar deməkdir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.01.2017
Tillersonun dövlət katibi vəzifəsinə namizədliyi Senatın beynəlxalq münasibətlər komitəsi tərəfindən təsdiqlənib
23.01.2017
Astana danışıqları Suriya münaqişəsini həll edə biləcəkmi?
23.01.2017
Avstriyalı gənc Vyana metrosunda terror aktı törətmək niyyətində olub
23.01.2017
Rusiya və Azərbaycan qeyri-maddi mədəni irsin qorunması sahəsində təcrübə mübadiləsi apara bilər
23.01.2017
Hovakimyan: “Metsamor AES-in fəaliyyəti dərhal dayandırılmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5233

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Yapon məktəblilərindən məktublar
5 “Dünyanı birləşdirəcək dəmir yolu xətlərinin mərkəzi Azərbaycan olacaq”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info