“Türkiyəni terror təşkilatları ilə diz çökdürməyə çalışırlar”
Tarix: 05.01.2017 | Saat: 21:06:00 | E-mail | Çapa göndər
"Kişi kimi qarşımıza çıxa bilməyənlər terror təşkilatları ilə bizi arxadan bıçaqlamağa çalışırlar”

Dünən yerli vaxtla saat 16.00 (Bakı vaxtı ilə saat 17.00) İzmirdə məhkəmə binası qarşısında törədilən partlayış nəticəsində 1 polis və 1 məhkəmə işçisi şəhid olub. “Milliyet” qəzetinin məlumatına görə, partlayış nəticəsində 11 nəfər yaralanıb.
Məhkəmə binası qarşısında törədilən terror aktının təfərrüatları məlum olub. Terrorçuların olduğu iki avtomobil məhkəmə binasının qarşısındakı dayanacağa daxil olmağa çalışıb, ancaq polis bunun qarşısını alıb. Bunu görən terrorçular avtomobillərdən birini partladıb. Polis digər avtomobil ələ keçirib. Sonra atışma başlayıb. Terrorçulardan biri orada, digəri isə 150 metr uzaqlıqda öldürülüb. Digər terrorçu qaçıb.
Terrorun gündəmdən düşmədiyi Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslər Ankara şəhərinin Keçiörən rayonunda yeni metro xəttinin istifadəyə verilməsi mərasimində iştirak ediblər. Çıxışlarda son illər Türkiyədə reallaşdırılan və perspektivdə olan sosial-iqtisadi layihələrin əhəmiyyətindən, o cümlədən gündəlikdə duran məsələlərdən danışılıb. Məlumat verilib ki, yeni metro xətti ilə gündəlik orta hesabla 50 min sərnişinin daşınması nəzərdə tutulub. Ərdoğan çıxışı zamanı deyib ki, Türkiyəni terror təşkilatları ilə diz çökdürməyə çalışırlar. Ərdoğan bildirib ki, bu gün Türkiyə 7 dövlətə qarşı dayanıb: "Kişi kimi qarşımıza çıxa bilməyənlər terror təşkilatları ilə bizi arxadan bıçaqlamağa çalışırlar. Məlum oldu ki, bunların dərdi bölgəni “İŞİD”-dən təmizləmək deyil. “İŞİD”, PKK, YPG, FETÖ, DHKP-C - bunların bir-birindən heç bir fərqi yoxdur". Dövlət başçısının sözlərinə görə, Türkiyənin təhlükəsizlik zonası qonşu ölkələrin ərazilərindən başlayır: "Regionda qeyri-sabitlik və terror təhdidi var. Biz qonşu ölkələrdə bu təhdidi aradan qaldırmasaq, təhlükəsiz şəraitdə yaşaya bilmərik. Biz terror təhdidinin kökünü kəsməliyik. Bu mənada Qaziantepin təhlükəsizlik zonası Hələb, Mersinin Kipr, Qarsın Naxçıvan, Frakiyanın təhlükəsizliyi isə Balkan ölkələrinin ərazilərindən başlayır". Ərdoğan bildirib ki, Avropada 5-6 milyon Türkiyə vətəndaşı yaşayır: "Avropadakı qeyri-sabitlik də bizi narahat edir".
Cavidan




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Azərbaycan-Vatikan əlaqələrinin dair fikir mübadiləsi aparılıb
13.12.2017
ABŞ-da Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
12.12.2017
Ulu öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb
12.12.2017
İraq üzərindən uçuşları bərpa edilib
12.12.2017
Təbrizdə ümummilli liderin anım mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7916

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Quba “ASAN həyat” kompleksinin açılışı olub
5 “ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”


14.12 01:07 Bakıda yanğın olub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info