Azexport.az portalı Azərbaycan məhsullarının ixracına start verib
Tarix: 06.01.2017 | Saat: 12:18:00 | E-mail | Çapa göndər
Azexport.az portalı Azərbaycan məhsullarının ixracına start verib. Portalın beynəlxalq internet ticarəti mərkəzi olan "All.biz"lə əməkdaşlığı artıq öz töhfəsini verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan "Gazelli Group" şirkəti nəhəng elektron ticarət portalı vasitəsilə ilk sifarişini alıb. Sifariş Rusiyadan gəlib. Belə ki, "Gazelli Group" şirkətinin "Buta" brendinin heyva ekstraktlı şampunları artıq rusiyalı xanımlar üçün də əlçatan olacaq.
Qeyd edək ki, azexport.az saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.08.2017
ƏƏSMN-in sosial xidmət müəssisələrində 1106 nəfər daimi dövlət təminatında yaşayır
18.08.2017
Neft Daşlarında çalışanların sosial-məişət şəraiti yaxşılaşdırılır
18.08.2017
Məhkumlar üçün maarifləndirici tədbirlər keçirilib
18.08.2017
“Gəncə Marafonu-2017” üçün qeydiyyat davam edir
18.08.2017
“Dünya Skaut Komitəsinə məhz Bakıda sədr seçildiyim üçün qürur duyuram”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7143

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
3 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info