Neftçilər prospektini kəsən dəmir yolu üzərində təhlükəsizlik tədbirləri gücləndirilir
Tarix: 06.01.2017 | Saat: 12:18:00 | E-mail | Çapa göndər
Ötən ilin dekabrında Türkmənistandan Qara dənizə qədər, Azərbaycan üzərindən karbamit yükünün tranzit nəql edilməsi prosesi həyata keçirilib.
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, sınaq məqsədi daşıyan həmin nəql prosesi zamanı yük gəmilərlə Bakı terminalına daşınıb, orada isə vaqonlara yüklənərək Gürcüstana yola salınıb. Hava şəraiti ilə əlaqədar Xəzər dənizində bərə daşımalarında bəzi gecikmələr yarandığından bu yüklər tıxac əmələ gələn Ələt yox, məhz Bakı terminalına yönəldilib. Sınaq nəql prosesi uğurlu olduğundan 2017-ci ildə 300 min ton karbamitin bu marşrut üzrə daşınması planlaşdırılır.
 
Qeyd olunub ki, yüklərin limandan sonra dəmir yolu ilə nəqli üçün Bakı limanı istiqamətində olan dəmir yollarının balans saxlayıcısı Bakı Beynəlxalq Dəniz Limanı ilə birlikdə DYP-nin Siqnal idarəsi cəlb olunmaqla, Neftçilər prospektini kəsən dəmir yolu üzərində təhlükəsizlik tədbirləri gücləndirilməkdədir.
 
Bərə terminalının Ələt qəsəbəsində inşa edilmiş yeni dəniz limanına köçürülməsi ilə əlaqədar Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu, prospekt boyunca avtomobillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədi ilə 2017-ci il yanvarın 4-də sökülüb, “Azəravtoyol” ASC tərəfindən asfalt örtüklə əvəzlənib. 2017-ci il yanvarın 7-də isə Əhmədli stansiyası istiqamətində Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu sökülərək asfalt örtüklə əvəz ediləcək. 
Tural




 
Bölməyə aid digər xəbərlər
17.03.2017
“Qlobal iqtisadiyyat üçün çətin olan dövrü uğurla başa vurmuşuq“
17.03.2017
İxrac üçün tələb olunan icazələr elektron qaydada veriləcək
17.03.2017
Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası təsis olunub
17.03.2017
“Sovetski“nin daha iki küçəsi asfaltlanır
17.03.2017
Yanvar-fevral aylarında 327 milyon kubmetrədək təbii qaz ixrac edilib

Şərh əlavə olunmayıb



    ,    
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Aydan Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5942

18.03 12:50 Şəkərbura
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info