Davos İqtisadi Forumu yanvarın 17-20-də keçiriləcək
Tarix: 06.01.2017 | Saat: 12:43:00 | E-mail | Çapa göndər
Davosda 47-ci Dünya İqtisadi Forumu (DİF) yanvarın 17-20-də keçiriləcək.
AZƏRTAC Forumun saytına istinadla xəbər verir ki, dünyanın aparıcı siyasətçilərinin, iş adamlarının, top-menecer və ekspertlərinin iştirak edəcəyi Forum “Bacarıqlı və məsuliyyətli liderlik” şüarı altında keçiriləcək.
Davos 50-dən çox dövlət və hökumət başçısını, habelə aparıcı beynəlxalq korporasiyaların rəhbərlərini qəbul etməyə hazırlaşır.
Qərargahı Cenevrədə yerləşən DİF ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Ənənəvi Forum İsveçin dağ-kurort şəhəri olan Davosda keçirilir. Qeyri-rəsmi adını da elə bu şəhərdən götürüb. Bundan əlavə, DİF müxtəlif ölkələrdə ənənəvi regional və milli zirvə görüşləri təşkil edir. Dünya İqtisadi Forumu 2013-cü il aprelin 7-8-də ilk dəfə Bakıda keçirilib. Bakı Forumu “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusuna həsr edilib.
Qlobal vəziyyətin iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək etmək yolu ilə yaxşılaşdırılması DİF-in başlıca məqsədi elan edilib. Buna görə də Forum qlobal inkişafın mühüm problemlərini müzakirə və həll etmək üçün dünya birliyinin işgüzar, siyasi, intellektual və digər liderləri arasında tərəfdaşlığın inkişafına kömək edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
UNEC-də “açıq dərs“
21.02.2018
İsa Həbibbəyli: “Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir”
21.02.2018
Vilnüsdə Xocalı soyqırımına həsr olunmuş qanvermə aksiyası keçirilib
21.02.2018
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018
BANM-in tələbələri yaz semestrində Yunanıstanda təhsil alacaqlar

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8455

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info