Çində od və suya davamlı kağız hazırlanıb
Tarix: 06.01.2017 | Saat: 13:30:00 | E-mail | Çapa göndər
Çin alimləri tərəfindən hazırlanmış kağız odda yanmır və suda islanmır. Yeni materialın dünyada analoqu yoxdur.
"Şanxay jibao" nəşrinin məlumatına görə, unikal kağız Çin Elmlər Akademiyası yanında Şanxay Keramika İnstitutunun professoru Çju İnszenin rəhbərliyi altında çalışan alimlər qrupu tərəfindən icad edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, alimlərin sözlərinə görə, bu qeyri-üzvi kağız kifayət qədər elastik, möhkəm və ekstremal şəraitdə mexaniki zədələrə qarşı dayanıqlıdır və 200 selsi dərəcə temperaturun təsirinə dözmək qabiliyyətinə malikdir.
Kağızın strukturu elə hazırlanıb ki, mexaniki zədələndikdə belə suda islanmır. Kağızın üzərinə süd, qəhvə, şirə və ya çay töküldükdə heç bir iz qalmır.
Hazırda Çin alimləri öz ixtirasına patent almaq üçün sorğu göndəriblər. İstehsalçıların fikrincə, yeni material bir çox sahələrdə (vacib sənədlərin saxlanılmasından küçələrdəki reklam lövhələrinədək) tətbiq edilə bilər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.08.2017
İxtiraçılar saqqızı diaqnostik testə çeviriblər
18.08.2017
Qida zəhərlənməsini yüngülləşdirən prosedurlar
18.08.2017
Ac olanda ilan da ilanı yeyir
18.08.2017
“Waymo” şirkəti sürücüsüz texnologiyalar üzərində işləyir
18.08.2017
Bu meyvə ilə nəqliyyata minmək və otellərə girmək qadağandır

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7154

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
3 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info