“Vestnikavkaza.ru”: “Ermənistanda ciddi demoqrafik problemlər yaşanır”
Tarix: 06.01.2017 | Saat: 14:15:00 | E-mail | Çapa göndər
2016-cı ildə Ermənistan Çindən sonra abort sayına görə dünyada ikinci yerdə qərarlaşıb

İqtisadi çətinliklər burulğanında batan Ermənistanda demoqrafik vəziyyət ilbəil gərginləşir. Yola saldığımız ildə isə bu ölkə daha bir demokrafik böhran rekordunu yeniləyib. “Vestnikavkaza.ru” saytı xəbər verir ki, bununla bağlı beynəlxalq təşkilatlar da həyəcan təbili çalır. Sayt yazır ki, demoqrafik durumun ağırlığına, abortların adiləşməsinə misal olaraq Ermənistanın qərb bölgəsindən olan Maryamı göstərmək olar. Bu erməni qadının 31 yaşı var, o, 3 qız anasıdır. Sosial durumunun ağır olmasına baxmayaraq, ikinci qızı olandan sonra o yenidən dünyaya övlad gətirmək arzusunda olub. Maryam özü bunu belə izah edib ki, o oğlan övladının olmasını daha çox istəyir: “Biləndə ki, üçüncü övladım da qız olacaq, dərhal abort etməyi düşündüm. Bu seçimə, düşüncəyə görə özümü günahkar sayıram, amma ümid edirəm ki, nə vaxtsa oğlan övladım da olacaq”. Sayt yazır ki, Ermənistanda Maryam kimi düşünənlər çox olsa da, qadınlar artıq öz səhhətlərini təhlükəyə atıb qız övladlarını abort etmək istəmirlər. Gender bərabərliyinə dair beynəlxalq hesabata əsasən 2016-cı ildə Ermənistan Çindən sonra abort sayına görə dünyada ikinci yerdə qərarlaşıb.
BMT-nin Əhali Fondunun nümayəndəsi Tarik Ayrapetyan deyir ki, Ermənistanda abortların 10 faizinin səbəbi dünyaya gələcək uşağın cinsinin qız olmasıdır. Hər il uşağın cinsiyyətinə görə baş verən abortların sayı 1400-dən çox olur. Ümumiyyətlə isə abort problemi hələ Sovet dönəmində də Ermənistan üçün əsas məsələ olub. Ekspertlər deyirlər ki, demoqrafik vəziyyəti-əhalinin sayını artırmağı düşünən hakimiyyət orqanları, hətta qız uşaqlarının abort edilməsi ilə bağlı müəyyən məhdudiyyətlər qoymağı da düşünmürlər.
Maraqlıdır, bəs, görəsən, niyə erməni qadınlar öz səhhətlərini təhlükəyə atıb ötən il daha çox abortlara üstünlük veriblər? Ermənistanda yerləşən qadınlara dəstək mərkəzinin fəal üzvü olan Ani Djilozyanın sözlərinə görə, abortlara, əsasən, bir-biri ilə bağlı olan üç məsələ səbəb olur. Birincisi, ailədaxili strukturdur ki, burada da qızlar ailədə sosial və iqtisadi məsələlərdə ikinci yerdə dayanırlar. Oğlan övladı Ermənistanda hər bir ailənin təhlükəsizliyi, iqtisadi durumunun yaxşılaşdırılması üçün qarant sayılır. Hətta bu ölkədə oğlana gələcəkdə ata-anaya baxacaq övlad kimi də yanaşırlar. Qız üçün isə deyirlər ki, o ərə gedəndə öz əri ilə yaşamağa başlayacaq, onun üçün ata-anası ikinci dərəcəli olacaq. İkinci səbəb isə
Texnologiyanın inkişaf etməsidir. Artıq Ermənistanda da ailələr daha tez öyrənə bilirlər ki, bətndəki uşaq qız olacaq və bu səbəbdən erkən mərhələdə onu məhv edirlər. Beləcə, abortların sayı durmadan artır.
Üçüncü səbəb isə çoxuşaqlılığın yaratdığı iqtisadi, sosial problemlərin daha da artmasıdır ki, buna görə də gənc ailələr çox qızdansa, bir oğlan və ya bir oğlanla bir qız dünyaya gətirməyi daha çox istəyirlər. Bu səbəbdən də abortlara üstünlük verilir. Ermənistanda doğumla bağlı da aşağı göstəricilər ilbəil artmaqdadır. Burada hər qadının payına 1,7 uşaq düşür. Qısası, övladların sayını azaldıb bir oğlan saxlamaqla ailənin büdcəsini də qorumalı olurlar, gələcəklərinin də qarant altında olması düşüncəsi ilə yaşayırlar.
Digər maraqlı fakt isə odur ki, hələ 2012-ci ildəki statistik rəqəmlər göstərir ki, 70 faiz abort edən qadınların özü bu seçimi ediblər. Yəni onları buna məcbur edən olmayıb. Amma bu həmişə belə olmur. Aktivist Djilozyan deyir ki, araşdırmalar nəticəsində bəlli olur ki, aborta gələn erməni qadınların böyük əksəri ailədə ərləri və ya ata-anaları tərəfindən daim təzyiq altında saxlanılırlar. Bu səbəbdən onlar belə seçim edirlər. Sayt onu da yazır ki, araşdırmalar nəticəsində bəlli olub ki, əgər Ermənistandakı bu anormal demoqrafik proseslərin qarşısı alınmasa, 2060-cı il üçün bu ölkəni çox bədbin bir proqnoz gözləyir- Ermənistanda ciddi şəkildə qadın çatışmazlığı yaranacaq ki, bu da rəqəmlə 93 min göstərilir. Bu isə daha böyük və yeni miqrasiyanın başlanğıcı deməkdir. Erməni kişilər qonşu ölkələrdə özlərinə ailə qurmaq üçün qadın axtaracaqlar. Həmçinin millətçi bir xalq üçün belə qarışıq ailələrin çoxalması da böyük faciə sayılır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
OPEK-in qərarı neftin qiymətinə necə təsir edəcək?
26.05.2017
Tereza Mey internetdə ekstremist materialların blok olunmasına çağırır
26.05.2017
Rusiya Xəzər dənizində antiterror təlimləri keçirib
26.05.2017
Türkiyədə Qarabağ parkı açılıb
25.05.2017
Britaniya ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlığı dayandırdı

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6566

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
5 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info