Prezident təqaüdçüsü: “Kimya mühəndisliyi Azərbaycanda çox inkişaf edib”
Tarix: 06.01.2017 | Saat: 14:44:00 | E-mail | Çapa göndər
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in Prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsi Fatimə Abdinli cavablandırır.

- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.
- Mən, Abdinli Fatimə Surxay qızı, 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbdə əla qiymətlərlə oxumuşam. Builki qəbul imtahanında iştirak edərək Bakı Ali Neft Məktəbinə daxil olmuşam. İxtisasım kimya mühəndisliyidir.
- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
- İmtahanlardan öncə qarşıma məqsəd qoymuşdum. Çünki həmişə Bakı Ali Neft Məktəbində təhsil almaq arzusunda olmuşam və məqsədimə çatmaq üçün, bəzən asan olmasa da, çox çalışmışam.
Nə qədər bal topladınız və niyə məhz BANM-i seçdiniz?
- 695 bal toplamışam. Azərbaycanda “bir nömrə” olan Bakı Ali Neft Məktəbində təhsil yüksək səviyyədə olduğu üçün mən də məhz bu universiteti seçdim. Bu ali təhsil ocağına daxil olmaq mənim məqsədim idi.
- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
- Ailəm mənə bütün verdiyim qərarlarda hər zaman dəstək olub və arxamda dayanıb. Buna görə də mən həmişə ailəmə minnətdaram.
- Ən böyük arzunuz nədir?
- Müxtəlif ölkələrə səyahət etmək, müxtəlif yerləri gəzmək, şəhərləri görmək, hər bir ölkənin maraqlı yerlərində olmaq ən böyük arzumdur.
- İxtisasınız haqqında nə demək istərdiniz?
- İxtisasım kimya mühəndisliyidir. Bu ixtisas Azərbaycanda çox inkişaf edib və mənim də bu sahəyə böyük marağım var. Gələcəkdə bu sahə üzrə yüksək ixtisaslı mütəxəssis olacağıma inanıram.
- Hobbiniz nədir?
- Dərsdənkənar vaxtlarımda velosiped sürmək və kitab oxumağı xoşlayıram.
- Başqa hansı maraqlarınız var?
- Futbol ilə maraqlanıram.
- Hansı janrda kitabları oxuyursunuz?
- Detektiv janrında olan kitabları oxumağı sevirəm.


Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2017
“Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
16.08.2017
“Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi bir sıra iqtisadi göstəricilərin yüksəlməsinə şərait yaradıb”
16.08.2017
“Kopenhagen“in baş məşqçisi: “Qarabağ“ favoritdir“
11.08.2017
“Bir çox futbolçumuz ilk dəfə Avroliqa oyununa çıxırdı”
01.08.2017
Qazaxıstanda 6 dəfə deputat seçilən soydaşımız

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7147

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
3 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info