Bakıda cüdo seminarı
Tarix: 06.01.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər
“Azərbaycanda artıq on minlərlə uşaq cüdo ilə məşğul olmağa başlayıb. Bu idman növü ölkəmizdə populyarlaşıb”

Bakıda cüdo hakimləri və məşqçiləri üçün seminar öz işinə başlayıb. Seminarda Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də iştirak edib.
Rövnəq Abdullayev belə böyük bir tədbirin Bakıda keçirilməsinə razılıq verdiyi üçün Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə təşəkkür edib: “100 ölkədən 400-ə yaxın nümayəndə gəlib və bu, bütün dünyanı əhatə edən bir seminardır. Çalışacağıq ki, qonaqlara Azərbaycanın və onun cüdosunun inkişafda olduğunu göstərək. Çox şadıq ki, cüdonun inkişafı yolunda böyük dəyişikliklər məhz ölkəmizdə baş verəcək. Bu da bizim üçün şərəfdir. Azərbaycanda artıq on minlərlə uşaq cüdo ilə məşğul olmağa başlayıb. Bu idman növü ölkəmizdə populyarlaşıb. Bu populyarlığın nəticəsidir ki, dünya böyükləri bura toplaşırlar. Ölkəmizdə keçiriləcək Dünya Çempionatının cüdonun inkişafına böyük təkan verəcəyinə inanıram”. R. Abdullayev cüdo üzrə milli komandamızın baş məşqçisi məsələsinə də münasibət bildirib. O, Avstriyada məhkəməsi davam edən baş məşqçi Peter Zayzenbaherlə bağlı hələ qərar vermədiklərini söyləyib. Federasiya prezidenti məhkəmənin yekununu gözlədiklərini vurğulayıb. IJF prezidenti isə çıxışında seminarın əhəmiyyətindən və qaydalardakı dəyişikliklərdən danışıb. Heydər Əliyev adına İdman Sarayında keçirilən seminar iki gün davam edəcək. Seminarda IJF-in bütün komitələrinin rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir sıra ölkələrdən federasiyaların prezidentləri iştirak edirlər. Tədbirin məqsədi hakimlik və yarış qaydalarında olan yenilikləri iştirakçıların diqqətinə çatdırmaqdır.




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Şəhriyar Məmmədyarov gümüş medal qazanıb
12.12.2017
Salah ən yaxşı oyunçu seçildi
12.12.2017
“Bizim üçün ağır püşk oldu”
12.12.2017
RAGB-nin komandasından Rusiyada uğur
11.12.2017
“Atletik“in qapıçısı “Real“a keçir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info