Tramp kəşfiyyat orqanlarına inanmır: “Nə baş verir?”
Tarix: 06.01.2017 | Saat: 20:02:00 | E-mail | Çapa göndər
Məlum olub ki, xüsusi xidmət orqanlarından heç biri Rusiya tərəfdən kiberhücuma məruz qaldığı deyilən kompüterləri yoxlamayıb

ABŞ-da keçirilən seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı məsələ ətrafında gedən müzakirələr səngimək bilmir. Məsələ yenidən geniş müzakirə mövzusunu çevrilib. Konqresdə keçirilən dinləmədə Birləşmiş Ştatların xüsusi xidmət orqanlarının rəhbərləri bir daha bəyan ediblər ki, Demokratlar partiyasının kompüterlərinə haker hücumları Rusiya tərəfindən həyata keçirilib. ABŞ Senatının saytında yer alan məlumatda qeyd edilir ki, kəşfiyyat orqanları kiberhücumlara görə Rusiya rəhbərliyini ittiham edib.
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan, Milli Kəşfiyyat İdarəsinin direktoru Geyms Kleppr və Federal Tədqiqatlar Bürosunun rəhbəri Ceyms Komi yeni seçilən prezident Tramp üçün ümumi hesabat hazırlayıb. Həmin hesabatda Rusiya kiberhücumuna dair kəşfiyyatın əlində olan bütün məlumatlar yer alıb. “Assoşieyted Press” yazır ki, ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiya və digər xarici ölkələrin müdaxiləsinə dair məxfi hesabat artıq Barak Obamaya təqdim edilib. Bundan əvvəl ABŞ milli kəşfiyyat direktorunun ofisi Rusiyanın kiberhücumlarına dair hesabatın qeyri-məxfi variantını gələn həftənin əvvəlində ictimaiyyətin diqqətinə çatdırmaq niyyətində olduğunu bildirib. Məlumata görə, həmin variantda “kəşfiyyatın mənbələri və vasitələrinə dair həssas məlumatlar əks olunmayacaq”. ABŞ xüsusi xidmət orqanları Rusiya və “WikiLeaks” arasındakı vasitəçiləri müəyyən etdiklərini bəyan ediblər. Bildirilir ki, həmin vasitəçilər ABŞ Demokratlar partiyasına aid sənədləri dərc olunması üçün “WikiLeaks”ə ötürüblər. Bu barədə CNN telekanalı hesabatın məzmunu ilə yaxından tanış olan mənbəyə istinadən məlumat yayıb. Telekanalın xəbərinə görə, bu barədə ABŞ kəşfiyyatının məxfi hesabatında bildirilir. Telekanal xüsusi xidmət orqanlarının iddiasını təsdiqləyəcək adlar və dəlillər təqdim etməyib. Obama administrasiyasının, bir çox konqresmenin və mətbuatın təzyiqinə baxmayaraq Tramp kəşfiyyat orqanlarının bu məsələ ilə bağlı hesabatına inanmır. Bunu, Trampın “Tvitter” mesajı da təsdiqləyir. Yeni seçilən prezident sosial şəbəkədə yazıb ki, FTB-nin hücuma məruz qalan Demokratlar partiyasının kompüterlərinə çıxış tələb etməməsini başa düşmür: “Demokratlar partiyasının milli komitəsi FTB-yə guya Rusiya tərəfindən kiberhücuma məruz qalan kompüterlərinə çıxış imkanı verməyib. Onda nəyə görə FTB-də əmindirlər ki, belə bir hücum olub? Özləri belə tələblə çıxış etmədikləri halda, əminliyin səbəbi bəlli deyil. Nə baş verir?”.

Yeni prezidentin komandası həddindən artıq siyasiləşən kəşfiyyat orqanlarında geniş miqyaslı islahatları nəzərdə tutan proqram hazırlayır

ABŞ mətbuatı yazır ki, kəşfiyyat orqanları kiberhücumlar, seçkiyə müdaxilə ilə bağlı məsələdə 3 mənbəyə istinad ediblər. Analizi dövlət orqanı yox, “CrowdStrike” şirkəti həyata keçirib. Deyəsən, məsələnin kökü elə buradadır. Məsələ ondadır ki, bu şirkət Demokratlar partiyası ilə çox yaxındır və partiyanın internet təhlükəsizliyi üçün məsuliyyət daşıyır. Partiyanın kompüterləri, informasiyaları ilə bağlı ciddi xəbər sızmaları üzə çıxandan sonra şirkət dərhal Rusiya məsələsini ortaya atıb. Ekspertlərin bir çoxu hesab edir ki, “CrowdStrike” şirkəti öz günahını ört-basdır etmək üçün Rusiya məsələsini ortaya ata bilər. İndi Trampın komandası da məsələni belə qoyur ki, kəşfiyyat orqanları nəyə görə özləri ciddi şəkildə araşdırma aparmayaraq hansısa özəl şirkətin analizinə əsasən hesabat hazırlayır? Obama administrasiyasının mətbuat katibi Ernest xüsusi xidmət orqanlarının Demokratlar partiyasının kompüterlərini analiz etməməsi ilə bağlı məsələyə belə münasibət bildirib: “Mən FTB-nin tətbiq etdiyi metodlarla bağlı fikir bildirə bilmərəm. Qoy, onlar özləri buna açıqlama versinlər”. Ağ Evin gələcək mətbuat katibi, keçid hökumətin təmsilçisi kimi mətbuat konfransı keçirən Şon Spayser bildirib ki, bu məsələ ona oxşayır ki, cinayət baş verən yerə araşdırma aparmaq üçün heç kim getməyib. FTB-nin nəyə görə Rusiya kiberhücumları olduğu deyilən kompüterləri öz mütəxəssisləri tərəfindən yoxlamadan keçirməməsinin səbəbi bəlli deyil. “BuzzFeed” nəşri isə öz mənbələrinə istinad edərək yazır ki, bunun səbəbi Demokratlar partiyası, hakim komandanın müqavimətidir. “FTB-nin ekspertləri bir neçə dəfə buna cəhd etsələr də razılıq əldə edə bilməyib. Biz onlara bunun nə qədər vacib olduğunu izah etməyə çalışdıq. Amma hər dəfə rədd cavabı aldıq. Bundan sonra üçüncü mənbənin informasiyasına əsaslanmaqdan başqa yol qalmadı. Onsuz da kifayət qədər vaxt itirmişdik”- deyə FTB-dəki mənbə nəşrə bildirib. ABŞ mətbuatı yazır ki, xüsusi xidmət orqanlarının bu mövqeyi Trampın işinin asan olmayacağını göstərir. Amma “Wall Street Journal” öyrənə bilib ki, Trapmın komandası kəşfiyyat orqanlarında geniş miqyaslı islahatlar aparılmasını nəzərdə tutan proqram hazırlayır. Kəşfiyyat orqanlarında ixtisarlar aparılacaq. Milli Kəşfiyyat Agentliyinin mərkəzi aparatı da islahatlara məruz qalacaq. Nəşr yazır ki, Trapmın komandası xüsusi xidmət orqanlarının həddindən artıq siyasiləşdiyini düşünür. Onlar ölkənin milli təhlükəsizliyinin təmin olunması işi ilə məşğul olmaq yerinə, siyasi fəaliyyətlə məşğul olur, Trampın əleyhinə açıq və aktiv kampaniyalar aparırlar. Burada bir məsələyə də toxunmaq vacibdir. ABŞ-ın indiki vitse-prezidenti Co Bayden PBS kanalına müsahibəsində bildirib ki, Vaşinqton Rusiyanın kiberhücumlarına təkcə 35 diplomatı ölkədən qovmaqla cavab verməyib: “Bəzi cavab tədbirləri sizə bəllidir. Bir çox tədbirləri isə siz heç vaxt bilməyəcəksiniz». Bayden ABŞ-ın Rusiyaya gizli yolla, “məxfi tədbirlərlə” də cavab verdiyini qeyd edib. Görəsən, Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi də “cizli cavab tədbirlərindən” biri idimi?
Anar Miriyev












 
Bölməyə aid digər xəbərlər
28.03.2017
“Azərbaycan Qazaxıstan üçün Qafqaz istiqamətində çox vacib tərəfdaşdır”
16.03.2017
Əli Həsənov: “Azərbaycan BMT-də islahatların aparılması ideyasını dəstəkləyir”
09.03.2017
“Samsung” televizorları ilə dinləmə-izləmə həyata keçirilir
07.03.2017
Avropa “nüvə qalxanı” yaratmaq istəyir
06.03.2017
Avropaya axışan miqrantlar Gürcüstanda yerləşdiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5986

1 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
2 “Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
3 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
4 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
5 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
29.03 13:31 Tolerantlıq məkanı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info