“Azərbaycanlılar Qazaxıstanda bütün sahələrdə çalışırlar”
Tarix: 06.01.2017 | Saat: 20:40:00 | E-mail | Çapa göndər
Məhərrəm Məhərrəmov:
“Bu da prezident Nursultan Nazarbayevin apardığı düzgün siyasət sayəsində mümkün olub”

Bildiyimiz kimi, ötən il Qazaxıstan Respublikası da dövlət müstəqilliyinin 25 illiyini qeyd etdi. Bu münasibətlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin parlamentinin azərbaycanlı deputatı Məhərrəm Məhərrəmovu da təltif edib. N. Nazarbayevin fərmanına əsasən, M.Məhərrəmov “Əmək fəaliyyətində fərqlənməyə” görə və “Qazaxıstan Respublikasının 25 illiyi” ilə bağlı yubiley medalları ilə təltif edilib. Qeyd edək ki, M.Məhərrəmov Qazaxıstan Parlament Məclisinə ilk seçilən azərbaycanlı deputatdır. M.Məhərrəmov medal sevincini bizimlə bölüşüb.

-Məhərrəm müəllim, mümkünsə, Azərbaycan oxucularına özünüzü tanıdardınız.
-Bizim ailəmiz 1937- ci ildən Qazaxıstanda yaşayır. Mən Məhərrəm Məmməd oğlu Məhərrəmov 1971-ci dekabrın 7-də Almatı vilayətinin Koksusk rayonunun Balpıkbi qəsəbəsində anadan olmuşam. Hərbi xidmətimi 1989-1991-ci illərdə SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) Rusiyanın Çita şəhərində yerləşən Qırmızı Ulduzlu Zabaykal sərhəd dairəsində keçmişəm. 2009-cu ildə Joldasbekov adına İqtisadiyyat və Hüquq Akademiyasında hüquqşünaslıq üzrə təhsil almışam.
1998-ci ildə QKP-yə üzv qəbul olundum, 2001-ci ildə isə artıq partiyanın Almatı vilayət komitəsinin birinci katibi, elə həmin ildə də QKP-nin Mərkəzi Komitəsinin üzvü seçildim. Həmçinin QXKP MK-nın təşkilati-partiya və kadr işləri şöbəsinin müdiriyəm. Ailəliyəm, iki övladım var.
-Qazaxıstanda Azərbaycan diasporunun təşkilatlanması prosesi hansı səviyyədədir və bu prosesin sürətlənməsində Siz hansı işlər görürsüz?
-Qazaxıstanda "Qazaxıstan Xalqları Assambleyası" var. Ölkənin hər bölgəsində bu ölkədəki bütün millətləri təmsil edən etno-mədəni mərkəzlər var. Assambleya və etno-mədəni mərkəzlər diasporla bağlı fəaliyyət göstərir. Mənim fəaliyyətim siyasi partiya və millət vəkili işi olduğu üçün bu məsələlərlə bağlı məşğul olmuram.
-Rəsmi Qazaxıstan hökuməti tərəfindən diasporumuza hansı münasibət göstərilir?
-Bu günə qədər azərbaycanlılar bütün sahələrdə çalışırlar. Azərbaycanlılar təhsil, səhiyyə və güc nazirlikləri, elm və ticarət sahələrində, parlamentdə çalışırlar. Qazaxıstandakı hər insan etnik, din, partiya seçimi nə rəğmən bütün sahələrdə iş görürlər. Bunlar ölkəmizin prezidenti Nursultan Nazarbayevin apardığı düzgün siyasət sayəsində mümkün olub.
-Dövlət başçısı tərəfindən iki medalla təltif olunubsuz. Bu, sizdə hansı məsuliyyət yaradır?
-Bu medallar mənə verilən yüksək dəyərləndirmədir. Bu medallar üçün dövlət başçısı Nursultan Nazarbayevə minnətdaram və böyük məsuliyyət hiss edirəm. Bundan sonra da gözəl ölkəmiz üçün daha çox çalışmaq istəyirəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
30.03.2017
“Azərbaycanın brend məhsullarını Arxangelskdə görmək istəyirik”
29.03.2017
“Rumınlar azərbaycanlıları istiqanlı millət kimi tanıyırlar”
28.03.2017
Yaxşı yazmağın yolu mütaliədən keçir
28.03.2017
“İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
15.03.2017
“Mədəniyyət Mərkəzində təşkil edilən kurs Azərbaycan dilini öyrənmək üçün yeni imkanlar açır”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5999

1 “Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
2 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
3 “Azərbaycanın brend məhsullarını Arxangelskdə görmək istəyirik”
4 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
5 “İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi əlamətdar hadisədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info