Şəfa Qurbanova: “Xarici dilin tədrisinin daha da aktiv və effektiv olması üçün İKT-nin tətbiqi vacib şərtdir”
Tarix: 07.01.2017 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“İKT -nin tədrisdə istifadəsi bizə əlavə vaxt qazandırır, tədrisin keyfiyyətini yüksəldir, müasir biliklərə yiyələnməyə kömək edir, hər hansı bir mövzuda yeniliklərdən xəbərdar oluruq”

İnkişaf etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində informasiya kommunikasiya texnologiyaları tətbiq etməklə, təhsildə innovativ texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir. Hazırda ölkədə təhsilin informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb, məktəblərə kompüter, noutbuk və elektron lövhələr verilir, şəbəkə avadanlıqları ilə təmin edilməkdədir. İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada göstərilir ki, milli-mədəni irsin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə geniş istifadə üçün təyin edilmiş elektron resurslar inkişaf etdirilməlidir.

İnformasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu kimi elm, təhsil və mədəniyyətin sürətli inkişafı, elmtutumlu informasiya və telekommunikasiya texnologiyaları məhsullarının yaradılması və istehsalı üçün əlverişli şəraitin formalaşdırılması öz əksini tapıb. Təhsilli gənc nəslin yetişdirilməsi, onların müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşması, İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi E-təhsilin əsas məqsədlərindəndir. Bu istiqamətin məqsədlərinə çatmaq üçün milli təhsil şəbəkəsinin inkişaf etdirilməsi və bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasının təmin olunması nəzərdə tutulur. Burada, həmçinin təhsilin resurs mərkəzinin və təhsil prosesini dəstəkləyən elektron tədris vasitələrinin inkişaf etdirilməsi, bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması və dərs vəsaitlərinin texnoloji inkişafa uyğun müasirləşdirilməsi, mərkəzləşdirilmiş virtual tədris platformasının yaradılması və təhsilin idarə olunması sisteminin inkişaf etdirilməsi, təhsildə İKT-nin səmərəli istifadəsinin təşkili də öz əksini tapıb.
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramında isə cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni texnologiyalara inamın artırılması öz əksini tapıb. Gözlənilən nəticələrə gəldikdə isə göstərilir ki, təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək. Bu gün ölkəmizdə müəllimlər İKT-nin imkanlarından yararlanaraq, onun təhsil sistemində tətbiqinə nail ola biliblər. Hansı fənnin tədrisindən asılı olmayaraq müəllimlərin İKT-nin imkanlarından geniş istifadə etdikləri göz önündədir.
Layihə çərçivəsində müsahibimiz Bakı Slavyan Universitetinin Məktəb-lisey kompleksinin fransız dili müəllimi Şəfa Qurbanovadır:
- Xarici dilin tədrisində İKT-nin rolunu necə qiymətləndirirsiniz?
- Müasir dövr informasiya kommunikasiya texnologiyaları dövrüdür. Bu gün həyatımızı internetsiz təsəvvür etmək çətindir. İnsan daim informasiya almaq ehtiyacındadır. Həyatımızın hər bir sahəsində informasiya kommunikasiya texnologiyalarının funksiyasına şahid oluruq. Azərbaycanda İKT-nin inkişafı son illərdə Prezidentin apardığı islahatlar nəticəsində effektiv nəticə verməkdədir. Xarici dillərin tədrisi artıq müasir metodlarla həyata keçirildiyi üçün həm öyrənən, həm də öyrədən tərəf üçün kompüter və internet çox böyük əhəmiyyət kəsb edir. Hazırda istifadə etdiyimiz kommunikativ, interaktiv metodlar kompüter və informasiya texnologiyasız təsəvvür edilə bilməz. Kommunikativ təlim xarici dillərin tədrisində üstünlük təşkil edir. Kommunikativ metod öyrədənlə öyrənən arasında aktiv ünsiyyət yaratmaq, müxtəlif növ mövzularda müzakirə etmək və dil baryerinin aşılması prosesində ən vacib metod hesab olunur. Xarici dilin tədrisinin daha da aktiv və effektiv olması üçün İKT-nin tətbiqi vacib şərtdir. Dərslikdə verilmiş mövzuya aid şəkillər, yeniliklər, musiqi və ya qəzet materialı o mövzunu daha da dərindən öyrənməyə, daha yaxşı yadda saxlamağa kömək edir.
-Elektron lövhələr fransız dilinin tədrisi üçün hansı imkanlar yaradır?
- F.Veysə görə, “xarici dilin tədrisində sözlərin öyrənilməsi, qrammatik material, eyni zamanda öyrənilənlər ətrafında müzakirələr, mətnlər, dialoqlar əyləndirici olsa tələbə və şagirdlər öz fikirlərini daha sərbəst ifadə edəcək”. Bu, həmçinin onlarda yaradıcılıq keyfiyyətini, dil öyrənmə bacarığını gücləndirəcək. İnteraktiv metod burada işə yarayır və təqdim edilən yeni sözlər tərcümə edilmədən şəkillər üzərində təqdim edilir, sonra bu mövzuya uyğun qrammatik material və dialoqlar, mətnlər bir tam dərsi əhatə edir. Bəzən biz elektron lövhədə internet şəbəkəsində təqdim edilmiş dərsi və ya mövzunu bütövlükdə istifadə edirik. Fransız dili üçün bu imkanlar genişdir.
-İKT-dən istifadə tədrisin keyfiyyətini yüksəldirmi?
- İKT-nin tətbiqi tələbə və şagirdin motivasiyasını yüksəldir, onlar arasında informasiya mübadiləsində, mövzunun müzakirə edilməsində, ən son məlumatları istifadə etməkdə əvəzsiz rolu var. Bundan başqa, artıq Azərbaycanın bir çox universitetlərində mövcud olan Distansion təhsil sistemi də informasiya texnologiyalarının elmə və təhsilə böyük təkanı hesab edilə bilər. Tələbələrin məsafədən asılı olmayaraq, seçdiyi universitetin, ixtisasın fənn mühazirələrini dinləməsi, birbaşa əlaqə ilə imtahan verməsi, qısa müddətə, yol xərci və s. digər maliyyə itkisi olmadan peşə sahibi olması, bütün bunlar yalnız inkişaf etmiş dövlətlərdə olurdu. Amma bu gün biz bunlara artıq tamaşaçı kimi baxmırıq, həm də bu hədəfləri gerçəkləşdiririk. Gənc nəslin bu gün İKT ilə sıx münasibətdə olması müəllimləri də müxtəlif metodlardan istifadə etməyə sövq edir. Biz çalışırıq ki, onlar cəmiyyətə yararlı, hədəflərinə doğru addımlayan gənclər olsunlar.
Bu reformlar, İKT-nin istifadəsi Avropada (Open Discovery in School (ODS)) 2012-ci ildən başlayaraq maliyyələşdirilib və proqramda müəllimlərin müasir informasiya texnologiyalarından istifadə edə bilmələrinə, məşqlərə və onların formalaşmasına dəstək verilib. Amma Brüsseldə proqramın müzakirəsi zamanı məlum olub ki, əksər müəllimlərin sadə kompüter istifadəsində çətinlik var və müasir İKT-dən tədrisdə istifadə edilə bilməsi üçün müəyyən vəsait tələb ediləcək. Bu, xüsusilə uzaq rayon və kəndlər də daxil olmaqla böyük bir ərazidə həm şagird, həm də müəllimləri əhatə edəcək maliyyələşdirilmiş bir proqram idi. İKT -nin tədrisdə istifadəsi bizə əlavə vaxt qazandırır, tədrisin keyfiyyətini yüksəldir, müasir biliklərə yiyələnməyə kömək edir, hər hansı bir mövzuda yeniliklərdən xəbərdar oluruq. Müəllimlər çalışıb bu inkişafa ayaq uydurmalı, texnika və informasiya dövrünün inkişafından yararlanmalıdırlar. Hansı fənn olursa-olsun, müasir texnika və internet tədrisə daxil edilməlidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru
06.12.2018
Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib
05.12.2018
“Lazerev klubu” MDB çərçivəsində əlaqələrin inkişafına zərbə vurur
04.12.2018
“Ermənistan tərəfi danışıqlar prosesini ləngitmə taktikasını həyata keçirməyə çalışır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


11.12 01:06 10 Dekabr 2018 23:31 (UTC+04:00) Bakı. Trend: CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,54 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 4,3 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 63,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 4,24 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,28 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,2 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən “Brent Dated“ etalon növlü neftin son qiyməti 61,6 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 4,25 dollar/barel çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini “Telegram“da izləyin Məqalədə: bahalaşma Azərbaycan neftinin qiymətləri inShare Digər xəbərlər Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Azərbaycan nefti ucuzlaşıb Energetika 7 Dekabr 23:34 Azərbaycan nefti bahalaşır Energetika 6 Dekabr 23:40 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 6 Dekabr 22:02 Azərbaycan nefti bahalaşıb Energetika 5 Dekabr 23:40 Azərbaycan nefti bahalaşdı Energetika 4 Dekabr 23:42 Xəbər lenti Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında Siyasət 01:01 Stokholmda Nobel mükafatı laureatlarının təltif edilmə mərasimi keçirilib Dünya xəbərləri 00:15 Makron Fransada fövqəladə vəziyyət elan edib Dünya xəbərləri 10 Dekabr 23:46 Lənkəranda 46 yaşlı kişi xalasının evindən itkin düşdü Gündəm 10 Dekabr 22:47 Ekologiya və təbii sərvətlər naziri Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edib Cəmiyyət 10 Dekabr 22:22 Ermənistan Türkiyə ilə əlaqələr qurmağa hazırdır, amma... Dünya xəbərləri 10 Dekabr 22:21 Azərbaycanda qızıl və gümüş bahalaşıb Cəmiyyət 10 Dekabr 22:03 Sürücülərin nəzərinə! “BakuBus” maaşları artırıb, əlavə işçi axtarır İqtisadiyyat 10 Dekabr 21:48 Binəqədidə yeniyetmə söyüşə görə tanımadığı şəxsi bıçaqladı... Gündəm 10 Dekabr 21:08 Ən çox oxunanlar Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri (FOTO) David Şahnazaryan: Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib (FOTO) Mariana Vasileva: Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər Nəzər nöqtəsi Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Analitik: Saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir Ekspert: Saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı Ermənistan üçün yaxşı heç nə vəd etmir Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır Politoloq: Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər Azernews Newspaper
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info