“Fərat qalxanı” əməliyyatı barədə son məlumatlar açıqlanıb
Tarix: 06.01.2017 | Saat: 20:48:00 | E-mail | Çapa göndər
Türkiyənin müdafiə naziri Fikri İşıq Türkiyə Ordusunun dəstəyi ilə Suriyada həyata keçirilən “Fərat qalxanı” əməliyyatı barədə son məlumatları açıqlayıb.
Türkiyə mətbuatının məlumatına görə, F. İşıq Suriyada “İŞİD” terrorçularının ikinci qalası sayılan Əl-Bab şəhərinə qədər kiçik yaşayış qəsəbələri və kiçik “İŞİD” terror qrupları olduğunu bildirib. Müdafiə naziri deyib ki, bu kiçik yaşayış qəsəbələri və kiçik terrorçu qruplardan fərqli olaraq, Əl-Babda artıq küçə döyüşləri başlayıb, bu səbəbdən fərqli taktika tətbiq edilir. Əsas risk şəhərdə mülki şəxslərin yaşamasıdır: “Digər risk isə əlverişsiz hava şəraitidir. Şəhərdə yalnız “İŞİD” olsaydı, çoxdan azat etmişdik”. Bu arada “Reuters” agentliyi Türkiyədən Suriyaya tank və zirehli bölmələrin göndərildiyi barədə məlumat və görüntülər yayıb. Görüntülər Suriyanın Çobanbəyi qəsəbəsində çəkilib. Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatında 1362 “İŞİD” terrorçusu öldürülüb, 172 terrorçu yaxalanıb. PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin də 291 silahlısı məhv edilib. Türkiyə ordusu 42 şəhid verib.




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
FTB rəhbəri postuna namizəd təklifdən imtina edib
26.05.2017
Çexiyada avroya keçid məsələsi müzakirə olunur
26.05.2017
NATO koalisiyanın “İŞİD”-ə qarşı əməliyyatlarında iştirak etməyəcək
26.05.2017
Astanada ilk Türkologiya Muzeyi açılıb
25.05.2017
İndoneziya Prezidentindən çağırış

Şərh əlavə olunmayıb



    ,    
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6556

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Ermənistanın diplomatik pasportunu daşıyan şəxs Çexiyada “qanuni oğru” məclisində həbs edilib
4 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
5 Almaniyada keçirilən festivalda Azərbaycan da təmsil olunub
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info