Rusiya Suriyadakı hərbi qüvvələrinin bir hissəsini çıxarır
Tarix: 06.01.2017 | Saat: 20:50:00 | E-mail | Çapa göndər
Valeri Gerasimov:
“Suriya ərazisində “S-300” və “S-400” tipli müasir komplekslərin yerləşdirilməsi ilə həm quruda, həm də dənizdə etibarlı müdafiə sistemi yaratmışıq”


“Hələbin azad edilməsi Suriyada münaqişənin sülh yolu ilə həlli üçün əsas ola bilər”.

Bu fikirləri Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib. “Suriya ordusunun Hələbdəki uğurlu əməliyyatı ölkədə münaqişənin sülh yolu ilə həlli üçün lazımi şərait yaradıb. Bu, Suriya ərazisində hərbi əməliyyatların dayandırılmasına stimul ola bilər. Mən əminliklə deyə bilərəm ki, bu, münaqişənin siyasi yolla həllində əsas olacaq” -deyə rusiyalı general bildirib. Ordu generalı Valeri Gerasimov bildirib ki, Rusiya Suriyadakı hərbi qüvvələrinin bir hissəsini çıxarır. Onun sözlərinə görə, bu barədə prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı Vladimir Putin qərar qəbul edib: "Ali Baş Komandanın qərarı ilə Rusiya Müdafiə Nazirliyi Suriyadakı Silahlı Qüvvələrin qruplaşmalarının sayını azaltmağa başlayır". Gerasimovun sözlərinə görə, Suriyanı ilk olaraq “Admiral Kuznetsov” aviadaşıyıcısı, “Pyotr Velikiy” kreyseri və onları müşayiət edən gəmilər tərk edəcək. Gerasimov xatırladıb ki, 30 dekabr 2016-cı il Moskva vaxtı ilə saat 00.00-dan Suriyanın bütün ərazisində atəşkəs elan edilib. Lakin bu atəşkəs beynəlxalq terror qruplaşmalarının məhvinə yönəlmiş əməliyyatlara aid deyil. Qeyd edək ki, Suriya ordusunun bu uğurunda Rusiya ordusunun xidmətini inkar etmək düzgün olmazdı. Bunu Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı da etiraf edib. Baş Qərargah rəhbəri Əli Əyyub Suriya ordusunun qələbəsində Rusiya hərbçilərinin dəstəyinin böyük rol oynadığını bildirib: “Biz qələbəyə Rusiya hərbi-hava qüvvələrinin göstərdiyi dəstək sayəsində nail olmuşuq. Bu qələbə ölkə ərazisində hərbi əməliyyatların dayandırılması, Suriya böhranının siyasi həll prosesinə başlamaq üçün müvafiq şərait yaradılmasına da zəmin yaradıb”. Suriyalı general ölkəsinin bu ağır vaxtında Rusiyanın göstərdiyi dəyişməz mövqeyi də xüsusi olaraq dəyərləndirib: “Suriya xalqı Rusiya ilə bütün sahələrdə münasibətlərin daha da möhkəmləndirilməsinə ümid edir. Təbii ki, terrorizm üzərində qələbədən sonra da iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi davam etdiriləcək”. Bu arada Rusiya Müdafiə Nazirliyi Suriyada vahid havadan müdafiə sistemi yaradılması barədə məlumat yayıb. Suriyadakı rus qoşunlarının komandanı, general-polkovnik Andrey Kartapolovun jurnalistlərə verdiyi məlumata görə, Rusiyanın gəmi və qırıcı dəstəsi öz vəzifələrini həyata keçiriblər. General-polkovnikin sözlərinə görə, hər cür maddi və texniki avadanlıqlarla təchiz edilən bu komanda bundan sonra da döyüş xidmətilərini davam etdirməyə hazırdır. Kartapolov qeyd edib ki, Suriya sahillərində vahid hava müdafiə sistemi yaradıldığını, qrupun "Bastion raket kompleksləri ilə təmin edildiyini bildirib: “Suriya ərazisində “S-300” və “S-400” tipli müasir komplekslərin yerləşdirilməsi ilə həm quruda, həm də dənizdə etibarlı müdafiə sistemi yaratmışıq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.02.2017
Rusiya Kuril adalarına hərbi diviziya yerləşdirəcək
24.02.2017
“Ukraynada dövlət çevrilişi Obama və Sorosun birbaşa dəstəyi ilə həyata keçirilib”
23.02.2017
“ATƏT Donbasda müşahidəçilərin sayını artırmaq niyyətindədir”
23.02.2017
Dağlıq Qarabağda erməni əsgər ölüb
23.02.2017
Ermənistan Müdafiə Nazirliyinin binasına hücum olub

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5548

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info