Alimlər: “Smartfon uşaqların gözündə quruluq yaradır”
Tarix: 09.01.2017 | Saat: 12:12:00 | E-mail | Çapa göndər
Koreyalı mütəxəssislər araşdırma apararaq belə qənaətə gəliblər ki, uşaqların smartfon və planşetdən tez-tez istifadə etmələri onların göz sağlamlığı üçün böyük təhlükə yaradır. Tədqiqatın nəticələri “BMC Ophthalmology” elmi jurnalında dərc olunub.
AZƏRTAC Mir24tv saytına istinadla xəbər verir ki, eksperimentdə 7 yaşdan 12 yaşadək təxminən min uşaq iştirak edib. Onları izləyən həkimlər müəyyənləşdiriblər ki, ekrandan ayrılmayan uşaqların gözündə problemlər daha tez başlayır. Belə ki, uşaqların gözündə quruluq yaranır, göz yaşının həcmi azalır, hətta tərkibi dəyişir. Gündə üç saatdan çox smartfondan istifadə edən uşaqlarda bu patologiyanın inkişaf riski daha yüksək olur.
Maraqlıdır ki, tədqiqatlarda iştirak edən uşaqların 6,6 faizi artıq gözün quruluğu sindromundan əziyyət çəkirdilər. Onların orta hesabla sutkada 3,2 saat smartfondan istifadə etdikləri məlum olub.
Alimlər bildiriblər ki, artıq bir aydan sonra smartfondan məhdud istifadə uşaqlarda göstərilən sindromun simptomlarının aradan qalxdığını üzə çıxarıb. Ona görə də alimlər telefon və planşetlərlə saatlarla vaxt keçirən uşaqlara ciddi nəzarət etməyi valideynlərə məsləhət görüblər. Tövsiyə ediblər ki, smartfondan istifadə ardıcıl iki saatdan çox olmamalıdır. Bundan əlavə, yuxuya bir saat qalmış uşaqlara telefonla oynamağa icazə verilməməlidir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
İshala səbəb olan qidalar hansılardır
20.10.2017
“Android”lər insanların iş tərəfdaşı olacaq
19.10.2017
Pomidor mədə xərçənginə xeyirlidir
19.10.2017
Ay orbitinə yaşayış modulu buraxılacaq
19.10.2017
Depressiya insanların əhvali-ruhiyyəsinin dəyişməsinə səbəb olur

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7534

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info