10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir
Tarix: 09.01.2017 | Saat: 12:50:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyevin Sərəncamına əsasən Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı kəndlərini birləşdirən avtomobil yolunun tikintisi uğurla davam edir.
Uzunluğu 43 kilometr olan yolun artıq 29 kilometrdən çox hissəsində tikinti işləri başa çatdırılıb. 18 min əhalinin istifadə edəcəyi yolda tikinti işlərinin sürətlə aparılması üçün işə bütün lazımi maşın-mexanizm cəlb olunub. Kəndləri birləşdirən yola üçqat olmaqla, 15 santimetr asfalt döşənəcək. Bu isə ağır tonnajlı maşınların da müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismarına imkan verəcək. Tikinti zamanı yeni körpülər tikilib, mövcud körpülər isə əsaslı təmir olunub. Yolun yaşayış məntəqələrindən keçən hissələrində 30 yolayrıcı quraşdırılıb, suötürücü borular yenilənib.
Hazırda avtomobil yolunun Qəfərli və Əsədli kəndlərindən keçən hissəsinə çınqıl döşənir, bərkitmə işləri aparılır. Yolun Suqovuşan kəndi ərazisindən keçən hissəsinə isə asfalt döşənir. İş icraçısı Niqab Həsənov bildirib ki, tikinti zamanı kəndlərin mərkəzinə qədər olan yollar da yenidən qurulur. Tikintinin başa çatması ilə 10 yaşayış məntəqəsinə gediş-gəliş xeyli yaxşılaşacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2017
60 milyard manata yaxın ümumi daxili məhsul istehsal edilib
19.01.2017
Qarabağda qədim abidələrin dağılması prosesi davam edir
19.01.2017
OPEC və ABŞ-ın statistikası nefti bahalaşdırır
18.01.2017
İslam İnkişaf Bankı ilə qrant sazişi imzalanıb
18.01.2017
“Ümid” yatağı ümidlərimizi doğrultdu”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5190

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Azərbaycan nefti kəskin bahalaşıb
4 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
5 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info