Fevralın 7-də keçiriləcək hərraca 95 dövlət əmlakı çıxarılıb
Tarix: 09.01.2017 | Saat: 12:53:00 | E-mail | Çapa göndər
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 7-də keçiriləcək yeni hərraca 95 əmlak çıxarılıb. Hərracda 20 səhmdar cəmiyyəti, 62 kiçik dövlət müəssisəsi və 13 istifadəsiz qeyri-yaşayış sahəsini özəlləşdirmək təklif olunur.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, bu hərraclarda istənilən fiziki və hüquqi şəxs iştirak edə bilər. Hərraca çıxarılan hər bir əmlakla komitənin “privatization.az” saytında tanış olmaq mümkündür. Vətəndaş əvvəlcə hərrac tarixinə görə elan linkinə daxil olur, elanda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisə və obyekti, eləcə də istifadəsiz yaşayış sahəsi və nəqliyyat vasitəsi üzrə ayrıca göstərilmiş linkə keçir. Burada istədiyi əmlakı seçərək baxır, əgər bəyəndiyi əmlakdırsa elə həmin səhifədəcə “sifariş ver” düyməsini sıxır. Qeyd edək ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Bununla əmlaka elektron sifariş verərək, əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində behi də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.
Hərracda iştirak edərək sifariş verdiyi bir və ya bir neçə əmlakın sahibi ola bilir. Əgər hərracda qalib ola bilməsə, ödəmiş olduğu 10 faiz beh məbləği 10 gün ərzində vətəndaşa geri qaytarılır. Ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən öyrənmək olar.
Xatırladaq ki, ötən ildən start verilən intensiv hərraclar bu il də hər həftə keçirilməklə davam etdiriləcək. Hərraclar barədə ictimaiyyətə Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə müntəzəm məlumatlar verilir. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, onu portalın onlayn məsləhət pəncərəsi vasitəsilə ünvanlaya bilər. Suallar dərhal cavablandırılır və sorğuçuya ətraflı məlumat verilir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Daşkəsən, Salyan, Şəki və digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan bir çox əmlaklar torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Ən yüksək start qiyməti ilə təklif olunan əmlak paytaxtın Xəzər rayonunda yerləşən “Aydınlıq” şadlıq evidir. Belə ki, hərracda iddiaçılar bu əmlaka qoyulan 179 min manat ilkin satış qiymətindən yuxarı qiymət təklif etməli olacaq. Hərracda yüksək start qiyməti ilə seçilən əmlaklar Xətai rayonundakı “Araz” kafesi və Binəqədi rayonundakı 9 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 120 min və 100 min 300 manata hərraca çıxarılıb. 13 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı paytaxtda yerləşir. Bu əmlakların hərrac qiymətləri sahəsindən asılı olaraq 20-70 min manat arasında dəyişir.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Daşkəsən Aqrotexservis”, “Lənkəran Taxıl”, “Sabirabad Mexanikləşdirmə”, “Xırdalan Nəqliyyat”, “Zaqatala Fındıq”, “Əli Bayramlı Aqrotəmir” kimi səhmdar cəmiyyətlər var.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.07.2017
Hövsanda “Xəyal Adası” yaşayış kompleksi salınır
25.07.2017
Göyçayda altı yaşayış məntəqəsini birləşdirən yol
25.07.2017
Sağlamlıq imkanları məhdud uşaqlar ziyarət olunub
25.07.2017
11,2 min tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlərlə təmin edilirlər
25.07.2017
Rusiya səfirliyi: “Azərbaycan məhkəməsinin qərarını şərh etmək hüququmuz yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Elsevər Məmmədov
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6997

1 İki min müəllim birbaşa müsahibə mərhələsinə buraxılacaq
2 “20 illik kirayənişin həyatımıza son qoyuldu...”
3 Vakant müəllim yerlərinin yekun sayı açıqlanıb
4 “Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi”
5 ADPU-da rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərdə tutan layihə uğurla başa çatdı
25.07 15:05 Dollar ucuzlaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info