Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub
Tarix: 09.01.2017 | Saat: 13:18:00 | E-mail | Çapa göndər
Yanvarın 9-da Fəxri xiyabanda, Xalq Şairi Zəlimxan Yaqubun ölümünün ildönümü münasibətilə xatirəsi anılıb və məzarüstü abidəsinin açılışı olub
AZƏRTAC xəbər verir ki, elm, mədəniyyət xadimlərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anma mərasimində akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin şairə xüsusi qayğısı və ehtiramının olduğunu bildirib, dövlətimizin böyük şairin irsinə yüksək dəyər verdiyini deyib. Akademik şairin xatirəsinə ucaldılmış abidənin müəllifi - Xalq Rəssamı Natiq Əliyevin və memarı Tərlan Həsənovun heykəli böyük ustalıqla yaratdıqlarını söyləyib.
Mərasimdə çıxış edənlər Zəlimxan Yaqubun sözün, millətin və ölkənin qarşısında tarixi məsuliyyətini hiss edən bir şair olduğunu bildiriblər. Onun son anadək qələmi yerə qoymadığını və yazdığı şeirlərin hər zaman aktual olduğunu söyləyiblər.
Vurğulanıb ki, Zəlimxan Yaqub qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
27.02.2017
Gürcüstanda Xocalı haqqında iki videoçarx təqdim olunub
27.02.2017
Pirallahıda Xocalı faciəsi ilə bağlı tamaşa göstərilib
27.02.2017
“Pəri qalası” qeyrət, namus, əbədiyyət rəmzidir
24.02.2017
Müasir İncəsənət Muzeyində növbəti sərgi - “Adsız”
23.02.2017
Bölgələrdə Amerika Guşələri açılacaq

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5571

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Hansı təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək?
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info