İnsanların həyatını dəyişəcək texnologiyalar bəlli olub
Tarix: 09.01.2017 | Saat: 14:17:00 | E-mail | Çapa göndər
“IBM” şirkəti yaxın 5 ildə insanların həyatını dəyişdirəcək beş texnologiyadan ibarət illik reytinqini dərc edib.
Bu texnologiyalardan biri erkən mərhələdə psixiki və koqnitiv pozuntular, neyrodegerenativ xəstəliklərə diaqnoz qoymağa imkan verən şifahi və yazılı danışığın təhlili sistemidir.
“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, ikinci texnologiya "super qəhrəmanların görmə qabiliyyətidir". Şirkətin mütəxəssislərinin fikrincə, 5 il sonra dalğa uzunluğu diapazonunda görməyə imkan verən cihazlar geniş yayılacaq. Bu, ətraf aləmin öyrənilməsi üçün yeni imkanlar yaradacaq.
Böyük məlumatlar üzərində iş sahəsində irəliləyiş gözlənilir. Ekspertlər hesab edirlər ki, böyük massivli informasiyanı səmərəli emal etməyə imkan verən texnologiyalar, məsələn, ərzaq və enerji istehsalı problemlərinin həllini tapmağa kömək edəcək.
"Çipdə laboratoriyalar" adlandırılan dördüncü texnologiya orqanizmin maye təhlili zamanı normadan ən kiçik sapmaları qeydə almağa imkan verəcək. Beləliklə, simptomların yaranmasından əvvəl orqanların pozulmaları haqda məlumat əldə etmək mümkün olacaq.
Beşinci texnologiya ətraf mühitin çirklənməsinin aşkar edilməsi ilə bağlıdır. Sensor texnologiyalar, silisium fotonikası və süni intellekt təhlükəli maddələri bir anda aşkar etməyə imkan verəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.08.2017
Ağ koalaya ad axtarılır
23.08.2017
Qızıl boyunbağı tapılıb
23.08.2017
Əllərdəki ləkələr necə yox edilir?
23.08.2017
Köhnə avtomobildən elektromobil düzəldilib
22.08.2017
Dişləri necə sağlam saxlayaq?

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7171

1 Fransada yaşayan erməni iş adamı: “Ermənistan normal dövlət olmağa layiq deyil”
2 “Hər kəs bacardığı sahədə çalışsa Vətənə daha çox xeyir verə bilər”
3 Pedaqoq-şair Əbüfət İslamın yaradıcılıq dünyası
4 Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkünsüzdür
5 Ərdoğan Azərbaycana gəlir
23.08 11:50 Nefti bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info