Strateji Yol Xəritəsi ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın artırılmasını təmin edəcək
Tarix: 09.01.2017 | Saat: 14:49:00 | E-mail | Çapa göndər
Ümummilli lider Heydər Əliyevin neft strategiyası Azərbaycanın müstəqilliyini təminatçısı olmaqla yanaşı, ölkədə bazar iqtisadiyyatının formalaşmasında da əhəmiyyətli rol oynayır. Neft strategiyası bazar iqtisadiyyatına keçidi, ölkədə ilkin kapital yığımını təmin etdi. Azərbaycan artıq yeni mərhələdə bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın davamlı inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Çünki Azərbaycan Respublikasının Konstitusiyası sosialyönümlü iqtisadiyyatın inkişafını tələb edir.
Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev AZƏRTAC-a müsahibəsində bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” postneft dövrünün 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışını müəyyənləşdirib.
Strateji Yol Xəritəsinin hazırlanmasında yerli, xarici mütəxəssislərlə əhəmiyyətli görüş və tədbirlər keçirilib. Çoxsaylı yazılı təklif verilib. Nobel mükafatçıları və ölkənin müxtəlif təbəqəli vətəndaşları ilə müzakirələr aparılıb. İnklüziv müzakirələr Strateji Yol Xəritəsini milli sənəd olmasını təmin edib.
On bir istiqamət üzrə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” davamlı iqtisadi inkişaf əsasında ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın artırılmasını təmin edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Azərbaycanın Vikipediyada daha bir uğuru
23.06.2017
Vətəndaşlığı olmayanların ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir
23.06.2017
Vüsal Quliyev: “O torpaqlar bizim torpaqlarımızdır və biz o torpaqlara qayıdacağıq”
23.06.2017
Qərəzdən doğan qısqanclıq
23.06.2017
Yəhya Babanlı: “Strukturumuza daxil olan müəssisələr həmişəki kimi stabil fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6788

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 “Ruhuma daha yaxını müəllimlikdir”
5 Qurtuluş dastanından Əlincə zirvəsinə
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info