“Azərbaycanın və Ukraynanın tanınmış simaları“ adlı ensiklopediya nəşr olunacaq
Tarix: 09.01.2017 | Saat: 14:50:00 | E-mail | Çapa göndər
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı “Azərbaycanın və Ukraynanın tanınmış simaları” adlı bioqrafik ensiklopediyanın hazırlanması ilə əlaqədar layihə həyata keçirir.
Bu barədə Trend-ə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov məlumat verərək bildirib ki, Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlər mövcuddur: "Bu münasibətlər tarixən mövcud olub və bu gün də davam edir. Hər iki tərəf ölkələrimiz arasında əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verən münasibətlərimizi, dostluğumuzu çox yüksək qiymətləndirir. Ukrayna bizim üçün dost, tərəfdaş, etibar edilməli olan ölkədir. Başqa sözlə desək, əməkdaşlığın bir sıra sahələrində bizim yaxşı, müsbət nəticələrimiz var. Deməliyəm ki, Azərbaycanda Ukraynanı tanıyırlar, sevirlər".
E.Məmmədov əlavə edib ki, bu gün elm-texnika daha da inkişaf edir, indi internet insanların həyatının ayrılmaz bir parçasına çevrilib, elektron kitabxanaların əhəmiyyəti barədə gecə-gündüz danışılır. Lakin kitabla canlı ünsiyyətin yerini heç nə vermir: "Ona görə də Alyans olaraq “Azərbaycanın və Ukraynanın tanınmış simaları” bioqrafik ensiklopediyasının nəfis şəkildə hazırlanıb nəşr olunması layihəsini həyata keçirmək qərarına gəldik. Düşünürük ki, qeyd olunan formatda ensiklopediyanın nəşr olunması qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi istiqamətində daha bir uğurlu addım olacaq. Ensiklopediyanı əldə etməklə hər iki ölkənin xalqları ayrılıqda qarşı ölkənin tanınmış, nüfuzlu, məşhur simalarını, ictimai-siyasi, elm, təhsil və mədəniyyət xadimlərini, tarixi şəxsiyyətlərini daha yaxından tanımaq imkanı qazanacaq. Çünki qeyd olunan ensiklopediyada müasir dövrdə Azərbaycanın və Ukraynanın tanınmış ictimai-siyasi xadimləri, dövlət qurumlarının rəhbərləri, generalları, hərbi xadimləri, vəzifəli şəxslər, görkəmli elm, təhsil, səhiyyə, mədəniyyət işçiləri, dövlət mükafatlarına, hökumət təltiflərinə, yüksək fəxri adlara layiq görülmüş insanların uğurlu həyat və fəaliyyətini əks etdirən ensiklopedik məlumatlar veriləcək, onların uğurlu fəaliyyətləri barədə materiallar əksini tapacaq".
O qeyd edib ki, “Azərbaycanın və Ukraynanın tanınmış simaları” bioqrafik ensiklopediyası üç dildə - Azərbaycan, ukrayna və ingilis dillərində, 208X320 mm ölçülü formatda nəfis şəkildə tərtib ediləcək: "Ensiklopediyada ilkin hesablamalara görə hər iki ölkədən 8500-ə yaxın tanınmış və nüfuzlu insanların bioqrafik məlumatları yer alacaq.
Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı sədrinin bildirdiyinə görə, qeyd edilən layihə çərçivəsində nəşr olunacaq kitab həm də kəmiyyət, keyfiyyət, məzmun, forma, həcm, bədii və poliqrafik cəhətdən yüksək tərtibata malik olacaq və ensiklopediya öz mahiyyətinə görə hər iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafına yeni töhfəsini verəcək.
Hazırda ensiklopediyanın hazırlanması istiqamətində qeyd olunan layihə çərçivəsində peşəkar yaradıcı kadrlardan ibarət işçi qrup tərəfindən gərgin iş prosesi davam etdirilir, ensiklopediyanın iştirakçıları olacaq hər iki ölkənin tanınmış və nüfuzlu şəxsləri barədə materialların yığılması, informasiyaların dəqiqləşdirilməsi, yoxlanılması və bununla bağlı digər tədbirlərin həyata keçirilməsi təmin edilir.
Alyans rəhbərliyi ensiklopediyanın səhifələrində bioqrafik məlumatlarının əks olunacağı nəzərdə tutulan iştirakçılara rəsmi məktubla müraciət edərək nəzərlərinə çatdırır ki, həmin şəxslər özləri haqqında dəqiq məlumatları rəngli fotoşəkilləri ilə birlikdə təşkilatın az_ukr-alliance@ukr.net elektron ünvanına göndərsinlər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.05.2017
“Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı konfrans keçirilib
26.05.2017
Xalq Cümhuriyyəti xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir
26.05.2017
Yaqub Mahmudov: “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir”
26.05.2017
ADPU-da 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib
26.05.2017
“Tələbə nəzəri biliyinə görə deyil, tədqiqat işlərinə görə qiymətləndirilməlidir”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
N.Ə.Əhmədova
Flora Ələsgərova
Psixoloq Fərqanə Mehmanqızı
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6579

1 “Vətəndən kənarda yaşasaq da, ölkəmizin bir nümunəsi, siması sayılırıq”
2 ADNSU-nun prorektoru Qasım Məmmədov: “Universitetimizdə ingilis dilində tədris edilən ixtisasların sayı artıb”
3 Müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq
4 “Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”
5 “Tələbə nəzəri biliyinə görə deyil, tədqiqat işlərinə görə qiymətləndirilməlidir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info