BANM-in tələbəsi: “Dünya səyahətinə çıxmaq istərdim”
Tarix: 09.01.2017 | Saat: 16:59:00 | E-mail | Çapa göndər
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsi Şahlar Əlizadə cavablandırır.
 
- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.
- Mən 1999-cu ildə Beyləqan rayonu 1-ci Şahsevən kəndində anadan olmuşam. 1-ci Şahsevən kənd orta məktəbini bitirmişəm. Həmin il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanını uğurla verərək Bakı Ali Neft Məktəbinə qəbul olmuşam. BANM-in Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsiyəm, Prezident təqaüdçüsüyəm.
- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz...
- Mənim üçün çox çətin bir dövr idi, hədsiz dərəcədə yorulurdum, buna baxmayaraq, məqsədimə çatmaq üçün çox oxumalıydım. Ailəmin və sevdiklərimin mənə olan inamını doğrultmalıydım.
 - Nə qədər bal topladınız və niyə məhz BANM-ı seçdiniz?
- 686 bal toplamışam. Mənim uşaqlıqdan məqsədim savadlı mühəndis olmaqdır və BANM mənim uçun ən dəyərli ali təhsil ocağı olub, məhz ona görə mən BANM-də təhsil almağı seçdim və inanıram ki, heç vaxt peşman olmayacağam.
- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
- Ailəmin oxumağımdakı rolu əvəzedilməzdir, onlar həmişə mənə dəstək olublar, mən əgər bu gün arzuladığım ali məktəbdə təhsil alıramsa, bu məhz onların sayəsindədir. Ömrüm boyunca onlara minnətdaram.
- Ən böyük arzunuz?
- Ali Məktəbi əla qiymətlərlə bitirib ölkəmi xarici ölkələrdə tanıtmaq, yeni layihələr hazırlayıb daha da yüksəlmək və savadlı bir mütəxəssis olmaqdır.
- İxtisasınız haqqında nə demək istərdiniz?
- Mən neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıram. Ümid edirəm ki, gələcəkdə savadlı bir mühəndis olacağam.
- Hobbiniz nədir?
-  Ən böyük hobbim kinoya baxmaqdır.
- Başqa hansı maraqlarınız var?
- Velosiped sürməyi çox xoşlayıram. Eyni zamanda, dünya səyahətinə çıxmaq mənim üçün çox maraqlıdır, bunu reallaşdırmaq istərdim.
- Hansı janrda kitabları oxuyursunuz?
- Janrından asılı olmayaraq, kitab oxumağı sevirəm.

Nigar




 
Bölməyə aid digər xəbərlər
30.03.2017
“Azərbaycanın brend məhsullarını Arxangelskdə görmək istəyirik”
29.03.2017
“Rumınlar azərbaycanlıları istiqanlı millət kimi tanıyırlar”
28.03.2017
Yaxşı yazmağın yolu mütaliədən keçir
28.03.2017
“İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
15.03.2017
“Mədəniyyət Mərkəzində təşkil edilən kurs Azərbaycan dilini öyrənmək üçün yeni imkanlar açır”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5999

1 “Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
2 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
3 “Azərbaycanın brend məhsullarını Arxangelskdə görmək istəyirik”
4 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
5 “İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi əlamətdar hadisədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info