Şəki teatrında türk yazıçısının əsəri səhnələşdirilir
Tarix: 09.01.2017 | Saat: 17:25:00 | E-mail | Çapa göndər
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında türk yazıçısı Hidayət Sayanın “Davul səsi” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı isə Günel Məmmədlidir. Tamaşada əsas rolları Əməkdar artistlər İqrar Salamov, Xanlar Həşimzadə, aktyorlar Akif Yusifov, Lalə Məmməd, Nərmin Abbasova və başqaları ifa edirlər. Yeni səhnə əsəri martın sonunda teatrsevərlərə təqdim olunacaq.
Teatrın direktoru Hikmət Nəbili AZƏRTAC-a bildirib ki, TÜRKSOY-un dəvəti əsasında Şəki teatrının bu səhnə əsəri ilə Qazaxıstan, Qırğızıstan və Türkiyənin bir neçə şəhərinə qastrol səfərləri də nəzərdə tutulur.
Bundan əlavə, teatrın yaradıcı kollektivi Səməd Vurğunun “Vaqif” dramı əsasında hazırlanmış eyniadlı tamaşa ilə yay aylarında Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərində, həmçinin Qazaxıstan və Türkiyədə teatrsevərlər qarşısında çıxış edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2017
20 Yanvar şəhidləri İlham və Fərizəyə həsr olunmuş xalça təqdim edilib
18.01.2017
Sabirabadda məktəb binasının inşası başa çatmaq üzrədir
18.01.2017
Görkəmli dövlət və elm xadimi, unudulmaz ziyalı
18.01.2017
Naxçıvanın zəngin ixrac potensialı var
17.01.2017
Qusarın Əniq kəndinə təbii qaz verilib

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5190

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Azərbaycan nefti kəskin bahalaşıb
4 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
5 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info