Zaqatalada müharibə əlilləri və şəhid ailələri üçün yeni evlər tikilir
Tarix: 09.01.2017 | Saat: 17:36:00 | E-mail | Çapa göndər
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə hazırda Zaqatala rayonunda 11 fərdi ev inşa edilir. Bu evlərdən altısının tikintisi artıq tamamlanmaq üzrədir, beşinin tikintisinə isə yeni başlanılıb. Evlərin 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Zaqatala rayon şöbəsinin müdiri Nəsrulla Həsrətov məlumat verib. Evlərin tikintisi Prezident İlham Əliyevin 2014-cü il iyunun 20-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq həyata keçirilir. Sözügedən Sərəncama əsasən, 2016-cı ildə Zaqatala rayonunda 13 ev tikilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Ümumiyyətlə, 2018-ci ilin sonunadək bu kateqoriyadan olan digər şəxslərin də mərhələlərlə yeni fərdi ev və mənzillərlə təmin edilməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
01.03.2017
Naftalandakı daha bir möcüzə ilə tanış olaq
01.03.2017
Naxçıvanda yas və dəfn adətləri nümunə səviyyəsinə yüksəlib
01.03.2017
Gələcəyin zabitləri
28.02.2017
Kitabxanalar qəzet və kitablarla pulsuz təchiz edilməlidir
28.02.2017
İsmayıllıda gənclər üçün treninq keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Aydan Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5593

1 Hansı təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək?
2 “Xaricdə təhsil gənclərimiz üçün böyük təcrübədir”
3 Gürcüstanda Xocalı haqqında iki videoçarx təqdim olunub
4 Ad gününə dörd gün qalmışdı
5 “Qarabağ mövzusunda keçirdiyimiz maarifləndirici tədbirlərin nəticəsini görə bilirik”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info