İKT sərgisi mühüm nəticələri ilə yadda qaldı
Tarix: 09.01.2017 | Saat: 19:33:00 | E-mail | Çapa göndər

Ölkədə informasiya kommunikasiya texnologiyaları ilə bağlı davamlı tədbirlər həyata keçirilir. Ötən il ərzində bu istiqamətdə bir sıra tədbirlər reallaşdırılıb. Həmin tədbirlər sırasında Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2016” sərgisi öz möhtəşəmliyi ilə yadda qaldı. Sərginin nəticələrinə baxdıqda həm ölkəmiz, həm beynəlxalq səviyyədə geniş əks-səda doğurdu. Layihəmiz İKT-nin inkişafı ilə bağlı olduğu üçün biz də bu böyük sərginin nəticələrini oxuculara təqdim edirik:

200 şirkət öz məhsulunu təqdim etdi

Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2016” sərgisinin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin çıxış etdiyi sərgidə dünyanın 18 ölkəsini təmsil edən 200 şirkət iştirak edirdi. Prezident İlham Əliyevin “Bakutel” sərgisini ziyarət etməsi tədbirin yüksək statusunu göstərirdi. Qeyd edək ki, “Bakutel” sərgisi İT məhsul və xidmətlərin təqdim edildiyi əsas platforma kimi beynəlxalq biznes platforması statusu qazanıb. Builki sərgi Azərbaycanda İKT sahəsinin inkişaf tempini inandırıcı şəkildə əks etdirirdi. Sərgi üzrə VİP turda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Houlin Çjao, Belarus Respublikasının rabitə və informasiya naziri Sergey Popkov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Çinin sənaye və informasiya nazirinin müavini Çjin Şubo, Qazaxıstan Respublikasının informasiya və kommunikasiya nazirinin müavini Alan Ajibayev, “China Telecom” şirkətinin Mərkəzi Asiya üzrə Baş direktoru Sia Vey və başqaları iştirak edirdilər. Yüksək rütbəli qonaqlar sərginin əsas stendlərini, müxtəlif ölkələrin milli pavilyonlarını ziyarət etdi, İT məhsul və xidmətlərinin nümayişinin miqyas və səmərəliliyini müsbət qiymətləndirdilər. “Bakutel- 2016” sərgisinin iştirakçıları arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alırdı. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirdi. Azərbaycanda keçirilən sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında Fransanın “Vivaction”, Rusiyanın “Balt-Energo” şirkətləri, Belarusun “Beltelecom” kimi dövlət strukturları, Xorvatiyanın “Banksoft”, “Secom” və “Span”, Amerikanın “DELL EMC”, Ukraynanın “MUK”, Çinin “FEC” və “BBT Telecom” şirkətləri, eləcə də “CBC sport TV”, “GSS” və digər yerli şirkətlər var idi.
Sərginin ekspozisiyası bir sıra seqmentləri əhatə edirdi: telekommunikasiya və şəbəkələr, kabel və simsiz rabitə, peyk rabitə və texnologiyaları, İT və ofis texnologiyaları, 4-5G mobil texnologiyalar, informasiya təhlükəsizliyi, kosmik texnologiyalar. Yaxın gələcəkdə yüksək texnologiyalar sənayesinin inkişafını sərgidəki yeniliklər - insanların gündəlik həyat və məişətini yüngülləşdirən müxtəlif qacetlər, eləcə də İT və kiber-hücumlardan müdafiə sahəsində təhlükəsizlik üzrə yeni texnologiyalar və bir sıra digər məhsullar əks etdirirdi.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə təşkil olunan milli pavilyonların fəal iştirakı artıq “Bakutel” sərgisinin ənənəsinə çevrilib. Bu il Avstriya, Belarus, İran, İtaliya, Niderland Krallığı, Pakistan, Sloveniya, Türkiyə, Xorvatiya və Fransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətlərini, innovativ layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərin təqdimatlarını nümayiş etdirirdilər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakutel- 2016” sərgisinə rəsmi dəstək verirdi. İlk dəfə olaraq sərgi çərçivəsində RYTN-in tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətləri, həyata keçirdiyi layihələri təqdim olunurdu. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər nümayiş olunurdu. Həmçinin nazirliyin pavilyonunda rabitə, poçt, “elektron hökumət” sahələrində həyata keçirilmiş yeni layihələr, maraqlı həllərlə tanış olmaq mümkün idi.

Sərgi mühüm tədbirlərlə yadda qaldı

Qeyd edək ki, sərgi çərçivəsində bir sıra tədbirlər keçirildi. Belə ki, “Bakutel- 2016” sərgi-konfransı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə Nazirlər Toplantısı təşkil olundu. Toplantıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Houlin Zhao iştirak edirdi.
“Bakutel-2016” sərgisi çərçivəsində reallaşan tədbirlərdən biri də “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans oldu. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Huawei” şirkətinin sponsorluğu ilə “Bakutel-2016” sərgisi çərçivəsində keçirilən “Əşyaların İnterneti. Növbəti nəsil” adlı konfransda “Huawai”, “SAP”, “Microsoft” və “Cisco” kimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının və mobil operatorların nümayəndələri iştirak edirdi.
"Bakutel-2016" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində keçirilən tədbirlərdən biri də Ümumdünya Poçt İttifaqının dəstəyi (ÜPİ), Regional Rabitə Birliyi (RRB) və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Bakıda İnformasiya cəmiyyətinin inkişafı üzrə yüksək səviyyəli İşçi Qrupun 4-cü iclası oldu. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın rabitə administrasiyalarının, həmçinin RRB-də müşahidəçi statusuna malik olan Əfqanıstan, Bolqarıstan, Latviya, Litva, Sloveniyanın rabitə administrasiyalarının, "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatı və "EUTELSAT" hökumətlərarası təşkilatının nümayəndə heyətləri iştirak edirdi.

Ölkəmiz layiqincə təmsil olundu

Həmin sərgidə ölkəmiz layiqincə təmsil olundu və kifayət qədər yerli şirkət iştirak etdi. Sumqayıt Texnologiyalar Parkı (STP) “Bakutel-2016” sərgisində yeni məhsullarını nümayiş etdirirdi. Bundan başqa, “Bakcell” şirkəti XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (Bakutel-2016) sərgisində özünün ən son texnologiyalara əsaslanan xidmət və məhsullarını nümayiş etdirdi. Digər stend ölkəmizə məxsus ilk regional Data Mərkəzi ilə bağlı oldu. TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmış “bulud” texnologiyası əsasında regionda ilk olan Data Mərkəzi idi.
“Azerkosmos” ASC-nin stendinə gəldikdə isə ziyarətçilərə məlum oldu ki, ölkəmizin ilk telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən 44 televiziya və 14 radio kanalı yayımlanır.
Sərgidə nümayiş olunan stendlərdən biri də “Azərpoçt”un stendi idi. Bu qurumun 2 ofisi “Şəbəkə” üçün rekonstruksiya edilib və bu mərkəzlərdə istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb. Telekommunikasiya və poçt xidmətlərindən başqa, aviabiletlərin satışının təşkilinin də nəzərdə tutulduğu bu mərkəzlərdə vətəndaşlara yüksək xidmət göstərilir.

Sərgini dünya mətbuatı işıqlandırdı

“Bakutel–2016” sərgidi bir sıra dünya mətbuatında geniş şəkildə işıqlandırıldı. Prezident İlham Əliyev noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgisi ilə tanışlıq zamanı “Euronews” telekanalına müsahibə verib. “Euronews” telekanalı dövlətimizin başçısının müsahibəsi və “Bakutel-2016” sərgisi ilə bağlı reportaj yayımlayıb. “Bakutel–2016”-ya həsr olunan digər məqalə İtaliyanın “L’opinione” qəzetində jurnalist Domeniko Letisiyanın müəllifi olduğu “Yüksək texnologiyalar dünyası Bakıda görüşür” adlı məqalə dərc edildi. Bundan başqa, “Bakutel-2016” sərgisi Türkiyənin də bir sıra KİV-lərində geniş işıqlandırıldı. Onlardan biri kimi “haberler.com” saytı “Bakutel-2016” sərgisinə geniş yer ayırdı.

Sərgi çərçivəsində müqavilələr imzalandı

Onu da qeyd edək ki, sərginin nəticələrindən biri kimi bir sıra mühüm müqavilələrə imza atıldı. Belə ki, "Bakutel 2016" sərgi-konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Belarusun "Geoinformasiya idarəetmə sistemləri" holdinqinin idarə şirkəti "AGAT-idarəetmə sistemləri" Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Bununla yanaşı, Məlumat Hesablama Mərkəzi, "Türkiyə elmi və texnoloji araşdırma qurumu informatika və məlumat təhlükəsizliyi yüksək texnologiyalar üzrə araşdırma mərkəzi (TÜBİTAK BİLGEM)" və "Hava Elektronik Sanayi ve Ticaret A.Ş. (HAVELSAN)" şirkətləri arasında da Anlaşma Memorandumu imzalandı. Sərgi çərçivəsində həmçinin "Elektron hökumət" portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə "Microsoft"un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalandı.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.10.2017
“Minsk qrupu həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var”
17.10.2017
Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?
16.10.2017
ABŞ Helsinki Komissiyasının keçirəcəyi dinləmələrin arxasında nə dayanır?
13.10.2017
“Nə üçün AŞPA Ermənistana təzyiq etmək üçün heç bir addım atmır”
12.10.2017
“Ermənistanın faşist ideologiyasını yayması nəinki region, bütün dünya üçün təhdiddir”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7516

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 Yeni ictimai birlik fəaliyyətə başlayıb
3 Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
4 “Həyat 50 yaşdan sonra başlayır”
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
19.10 12:27 Cız-bız
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info