Azərbaycan ilə Kolumbiya arasında ilk idman mübadiləsi baş tutub
Tarix: 09.01.2017 | Saat: 19:49:00 | E-mail | Çapa göndər
Azərbaycanda 14 günlük idman mübadiləsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan 12 kolumbiyalı voleybolçu qız ölkələrinə geri dönüblər. Bakıda səfərdə olan idmançılar Milli Voleybol Federasiyasının mənzil-qərargahında təlim keçməklə bərabər, Naxçıvan, Gəncə, Göygöl, Qax və Şəki şəhərlərini də ziyarət ediblər. Regionlara səfərləri zamanı voleybolçulara ölkədə idmanın inkişafı istiqamətində görülən işlər haqda məlumat verilib. Hər iki ölkənin idmançıları voleybolun yeni texnikalarını sınaqdan keçiriblər. Bununla yanaşı, idmançılar Azərbaycan mətbəxi, tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar. Voleybolçular Gəncədə Nizami Gəncəvinin məqbərəsini və Şəki Xan Sarayı kimi tarixi yerləri ziyarət ediblər. Səfər San-Bernardodan olan gənclərin Tufandağa gəzintisi ilə başa çatıb. Kolumbiyanın çoxtərəfli məsələlər üzrə nazir müavini Fransisko Xavyer Eçeverri voleybolçularla San Karlos Sarayında keçirdiyi görüşdə deyib: “Şübhəsiz ki, bu səfər Azərbaycanda tam cədvəl üzrə keçirilən ilk idman mübadiləsi, coğrafi mövqeyinə görə çox uzaq olan iki ölkənin yaxınlaşmasına imkan yaratdı, həmçinin təcrübə zamanı san-bernardolu gənc qızlar məsafə, dil və mədəniyyət baryerini aşaraq ölkələrimiz arasında sıx əlaqələr qurdular”. Məlumat üçün bildirək ki, iki ölkə arasında ilk idman mübadiləsi Azərbaycan Gənclər və İdman Nazirliyinin, Milli Voleybol Federasiyasının, Kolumbiyanın Bakıdakı diplomatik missiyası və Kolumbiyanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycanda keçirilib.




 
Bölməyə aid digər xəbərlər
22.04.2018
“Barselona“ İspaniya kubokunun qalibi olub
20.04.2018
Şagirdlər arasında “Sərhəd“ hərbi idman oyunu keçirilib
20.04.2018
6-10 yaşlar arasında olan uşaqlar üçün xüsusi idman müsabiqəsi keçirilib
20.04.2018
Vüqar Həşimov həmişə partiyada vəziyyəti dəyişməyi bacarırdı
19.04.2018
“Qəbələ” Azərbaycan kubokunun finalına yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9067

1 Mətanət Səmədova: “Əslində, peşəkar müəllim olmaq üçün heç də yaşlanmaq əsas deyil”
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 İlham Əliyevin andiçmə mərasimi olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info