Sürgündə olan Ukrayna hökuməti yaradılır
Tarix: 09.01.2017 | Saat: 19:58:00 | E-mail | Çapa göndər
Azarovun başçılıq etdiyi “Ukraynanın xilası komitəsi” beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır

Ukraynanın keçmiş hökumət üzvləri rəsmi Kiyevə qarşı yeni beynəlxalq aksiyaya start veriblər. Onlar 2014-cü ildə baş verən hadisələrlə bağlı Moskva məhkəməsinə müraciət ediblər. Moskva məhkəməsi işə baxaraq, həmin hadisələri dövlət çevrilişi kimi təsdiqləyib.
“Ukraynanın xilası komitəsi” məhkəmənin ilk addım olduğunu bildirib. Komitə üzvləri bundan sonra Ukrayna və beynəlxalq məhkəmələrə də müraciət etmək və 2014-cü ilin məlum maydan hadisələrinin dövlət çevrilişi kimi tanınmasına nail olmaq istəyirlər. “Ukraynanın xilası komitəsi”nin rəhbəri, ölkənin keçmiş baş naziri Nikolay Azarov “İzvestiya” nəşrinə açıqlamasında bildirib ki, sürgündə olan hökumət yaradılması məsələsi müzakirə edilir. “Moskva məhkəməsinin maydan hadisələrini dövlət çevrilişi kimi tanınması ilə bağlı qərarı çox böyük əhəmiyyət kəsb edir. Bu qərar növbəti mərhələdə bizim beynəlxalq məhkəməyə müraciət etməyimizə yaxşı imkan yaradır. Bundan sonra ardıcıl şəkildə addımlar atmalıyıq. 2014-cü ildə Ukraynada dövlət çevrilişi olmasını təsdiqləyən kifayət qədər faktlarımız var və biz onları Moskva məhkəməsinə təqdim etmişdik. İndi həmin fakt və sənədləri beynəlxalq məhkəməyə təqdim edəcəyik. Biz ümid edirik ki, Ukrayna məhkəmələri də bu qədər sənədlərdən sonra işə baxmalı olacaqlar. Baxmayaraq ki, onlar ilk mərhələdə bizə rədd cavabı veriblər. Bütün halda Moskva məhkəməsinin qərarının böyük əhəmiyyəti var. Bu qərar, olmasına heç bir şübhənin mövcud olmadığı faktın- dövlət çevrilişinin rəsmi şəkildə təsdiqidir”. Keçmiş baş nazir bildirib ki, “Ukraynanın xilası komitəsi” sürgündə olan hökumət yaradılması üzərində də işləyir: “Əgər Ukraynada bunun üçün lazım olan şərtlər yaranarsa, o halda sürgündə hökumət yaradılması tamamilə realdır. Bu şərtlərin, ilk növbədə Ukraynada yaranması lazımdır. Hakimiyyəti qanunsuz yolla ələ keçirmiş Kiyev hakimiyyəti öz funksiyalarını yerinə yetirə bilməsə, xalq alternativ hakimiyyət tələb etsə, artıq belə bir şərait yaranmış olacaq”- deyə Azarov bildirib. Politoloq Rostislav İşenko “İzvestiya” nəşrinə açıqlamasında bildirib ki, 2014-cü ildə baş vermiş hadisələrlə bağlı məhkəməyə müraciət etmək və sürgündə olan hökumət formalaşdırmaq artıq gecdir: “Belə bir hökuməti elə 2014-cü ildə yaratmaq və məhkəməyə müraciət etmək lazım idi. Təkcə məhkəməyə müraciət etməklə kifayətlənmək yox, beynəlxalq arenada fəal olmaq vacib idi. Onlar qanuni hakimiyyət olduqlarını bəyan edərək Ukraynada özlərinə dəstək qazanmalı idilər. İndi hadisələrin üstündən bir neçə il keçəndən sonra bu addımların hansısa effekt verəcəyi inandırıcı görünmür. Doğrudur, Ukraynada dövlət çevrilişi olub və bunu heç kim danmır. Amma orada hakimiyyətə gələn qüvvələr sonradan parlament və prezident seçkiləri keçirərək bunu legitimləşdiriblər. Hakimiyyətin konstitusion olması ilə bağlı qərarı ya Ukraynanın Konstitusiya Məhkəməsi verməlidir- bu daxili legitimlikdir, ya da BMT Təhlükəsizlik Şurası- bu xarici legitimlikdir. Məhkəməyə ona görə müraciət edilir ki, bir daha dövlət çevrilişinin baş verdiyi təsdiqlənsin. Amma bu, beynəlxalq-hüquqi baxımdan əhəmiyyət kəsb etmir”
Anar




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
“Azadlıq” radiosu və “Amerikanın səsi” Rusiyada “xarici agent” sayılacaq
23.10.2017
Daşkənddə “Odlar yurdunun naxışları” Azərbaycan xalçalarının daimisərgi zalının açılışı olub
23.10.2017
“Polad Bülbüloğlu Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə töhfələr verib”
20.10.2017
“ABŞ-ın Avropadakı nüvə silahları geri qaytarılmalıdır“
20.10.2017
Putin: “Avropa Ukraynadakı terroru dəstəklədi”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7550

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info