ABŞ Əfqanıstana xüsusi təyinatlı dəniz piyadaları göndərib
Tarix: 09.01.2017 | Saat: 20:12:00 | E-mail | Çapa göndər
Pentaqon “taliblərin” Helmand vilayətindəki üstünlüyünə son qoymaq istəyir
Amerika Birləşmiş Ştatları 2014-cü ildən bəri ilk dəfə olaraq Əfqanıstana böyük heyətli dəniz piyadaları göndərib. Bu barədə məlumatı ABŞ-ın dəniz piyadalarının rəsmi saytı yayıb.

Saytın məlumatına görə, ikinci ekspedisiya şöbəsinin bir neçə yüzdən artıq xüsusi hazırlıq görmüş əsgəri növbəti bir neçə il ərzində Əfqanıstanın cənubundakı Helmand vilayətinə xidmətdə olacaq. Onlar birbaşa "Taliban" yaraqlılarına qarşı əməliyyatda iştirak edəcək və həmçinin əfqan qüvvələrinin təlimatlandırılmasında da məsləhətçi kimi iştirak edəcəklər. Lakin ekspertlərin fikrincə, Əfqanıstana yeridilən ABŞ kontingentinin başlıca məqsədi “Taliban”dan qisas almaqdır. Qeyd edək ki, ABŞ-ın dəniz piyadalarının bundan əvvəl İraq və Əfqanıstandakı fəaliyyətləri onların, bir növ, xilasetmə mövqeyində çıxış etmələri anlamı yaratsa da, əslində, bu qrup hücum anında ən mürəkkəb sahələrə göndərilir. Xatırladaq ki, 2004-2014-cü illərdə Əfqanıstanın Helmand vilayətinə döyüş tapşırıqları həyata keçirən amerikalılar yüzlərlə əsgər itkisi ilə üzləşmişdilər. Pentaqonun məlumatına görə hazırda bu vilayətdə 200-dən artıq amerikalı dəniz piyadası yerləşdirilsə də, bir neçə əsas aerodrom istisna olmaqla, üstünlük hələ də “Taliban” döyüşçülərinin əlindədir. Nəticə isə göz önündədir. Ötən il vilayətin paytaxtı da təhdid altına düşüb. Pentaqonun xüsusi təyinatlıları “Taliban”a qarşı müntəzəm əməliyyatlar keçirmək məcburiyyətində qalıb. Bir daha xatırlatmaq yerinə düşər ki, Əfqanıstana göndərilən dəniz piyadalarının əsas rolu ölkənin təhlükəsizlik qüvvələrinə təlim və məsləhət vermək kimi göstərilsə də, komandanlıq onların döyüşlərdə iştirakını istisna etmir. “Heç bir halda fəaliyyətimizi qeyri-döyüş hesab etmirəm. Əks halda, bu qeyri-ciddi alına bilər”- deyə birləşmiş dəstə generalı Rodjer Terner bildirib. ABŞ mətbuatının məlumatına görə, amerikalı döyüşçülərin ən azı bir-iki il Helmandda qalacağı ehtimal edilir. 2016-cı ilin sonlarında Əfqanıstandakı ABŞ əsgərlərinin ümumi sayı 8400 nəfər göstərilirdi. 2014-cü ildə prezident Obamanın göstərişi ilə ABŞ qoşunlarının müəyyən hissəsi Helmandı tərk etmişdi. Lakin son günlər ABŞ dəniz piyadalarının yenidən bu vilayətə qaytarılması, təbii ki, vəziyyətin ciddi olduğunu göstərir. Xatırladaq ki, ötən il Əfqanıstanın yerli təhlükəsizlik qüvvələri üçün 5500 ölüm və 10 mindən artıq yaralı ilə sonuclanıb. Qeyd edək ki, müasir Əfqanıstanın öyrənilməsi üzrə mərkəzin rəhbəri Nikita Mendkoviç də hazırda bu ölkədə vəziyyətin ağır olduğunu söyləyib. “İzvestiya” qəzetinə açıqlama verən ekspert Əfqanıstanın bir çox əyalətlərində “Taliban” qüvvələrinin fəaliyyətinin artdığını bildirib. Mendkoviç artilleriya və aviasiyanın köməyini “Taliban”ı bu ərazilərdən qovmaq üçün ən optimal variant kimi görür. Onun fikrincə, Kabul hökuməti bu il vəziyyəti sabitləşdirmək üçün bir sıra hərbi əməliyyatlar həyata keçirməyi planlaşdırır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
“Defense News”: “Rusiya ilə ABŞ Suriyada “hərbi baza yarışı”na girişib”
17.01.2018
Nazarbayev ABŞ-da bir sıra sazişlərə imza atıb
16.01.2018
Banqladeş rohinca qaçqınlarını iki il ərzində vətənlərinə qaytarmağı planlaşdırır
16.01.2018
“Moody`s“: ABB kapital mövqeyini və aktivlərinin keyfiyyətini bərpa edib
16.01.2018
Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşamasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8195

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info