“Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı istiqamətində əməyimizi əsirgəməyəcəyik”
Tarix: 09.01.2017 | Saat: 20:32:00 | E-mail | Çapa göndər
Əsgər Piriyev:“Rəsmi Qazaxıstan hökuməti Azərbaycan əsilli vətəndaşlara burada öz adətini, dilini, mədəniyyətini, folklorunu yaşatmaq üçün bütün şəraiti yaradıb”

Qazaxıstanda yaşayan soydaşlarımızın fəaliyyəti hər zaman dövlətin diqqətindədir. Xüsusən, dövlət başçısı Nursultan Nazarbayev tərəfindən bu ölkədəki bir çox soydaşlarımız təltif olunub. Elə son olaraq ötən il Qazaxıstan Respublikasının 25 illiyi münasibətilə Nursultan Nazarbayevin sərəncamı ilə iki soydaşımız medalla təltif olunub. Onlardan biri olan Əsgər Piriyevlə müsahibəni təqdim edirik.
-Əsgər müəllim, ilk olaraq, mümkünsə, özünüz haqqında ətraflı məlumat verərdiniz...
- Mən 16 noyabr 1975-ci ildə Qazaxıstanın Simkənt səhərində anadan olmuşam.
Orta təhsilimi doğma kəndimin məktəbində almışam. 1985-1990-cı illərdə Camal Ömərov adına 1 saylı musiqi məktəbində təhsil almışam. M.Aezov adına Universitetdə Menecment və iqtisadiyyat fakültəsini bitirmişəm (1991-1995). Bununla yanaşı, 3 il sərbəst güləş, 2 il kikboks, 3 il əlbəyaxa döyüş növü, eləcə də yay paraşüt idmanı ilə məşğul olmuşam.
1995-ci ildə Astanaya gəlmişəm. Beynəlxalq şirkətlərdə rəhbər vəzifələrində çalışmışam. İkinci ali təhsilim olaraq Turan Universitetinin Beynəlxalq iqtisadiyyat və ticarət əlaqələri fakültəsini bitirmişəm (1998-2001). Magistratura təhsilimi isə Qazax Texnologiya və Biznes Universitetində almışam.
2010-cu ildən bu günə qədər “Türk etnokültür” mərkəzinin Astana müdiriyəm. Qazaxıstan Xalqları Assambleyasının üzvüyəm. Ailəliyəm, 5 oğlum var.
-Qazaxıstanda Azərbaycan diasporunun fəaliyyəti özünü necə göstərir?
-Qazaxıstan və Azərbaycan əlaqələri qlobal dünyada ayrı-ayrılıqda düşünülməz. Buna səbəb eyni din, mədəniyyət, dil, tarix, iki ölkə arasındakı qonşuluq, ortaq ticarətin olmasıdır. Həmçinin keçmiş sovetlərin və bölgənin iki böyük liderləri Heydər Əliyev və Nursultan Nazarbayevin yaxınlığı və gələcəyə yönəlik qurduqları əlaqələrdir. Bunların hamısı Qazaxıstanda azərbaycanlıların və Azərbaycanda qazaxların həm ticarət, həm də mədəni fəaliyyətlərinə yol açıb.
-Rəsmi Qazaxıstan hökuməti tərəfindən diasporumuza hansı münasibət göstərilir?
-Demək olar ki, Qazaxıstanda yaşayan azərbaycanlılar diaspor sayılmaz, çünki onlar buranın yerli vətəndaşıdırlar. Ticarətin bütün sektorlarında öz bacarıqları ilə ölkənin iqtisadiyyatına faydalı olurlar. Eyni zamanda iki ölkə üçün adlarına layiq mədəni və sosial sahədə fəaliyyət göstərirlər. Rəsmi Qazaxıstan hökuməti Azərbaycan əsilli vətəndaşlara burada öz adətini, dilini, mədəniyyətini, folklorunu yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün bütün şəraiti yaradıb. Buna "Xəzər" Azərbaycan Mədəniyyət Mərkəzi, "Turan times" qəzeti, Qazax radiosundakı Azərbaycan dilindəki efir və başqa fəaliyyətləri misal göstərmək olar.
-Dövlət başçısı tərəfindən medalla təltif olunubsuz. Bu sizdə hansı məsuliyyət yaradır?
-Bəli, ötən il “Qazaxıstan Respublikasının 25 illiyi” ilə bağlı yubiley medalı ilə təltif olunmuşam. Daha əvvəl isə “Qazaxıstan Respublikasının 20 illiyi”, “Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi”, “Astana səhərinin 10 illiyi” medalları ilə təltif edilmişəm.
Medalların hamısı ölkənin sosial-mədəni sahələrində fəaliyyətimizə görə verilib. Və bundan sonra da gözəl Qazaxıstanımızın parlaq gələcəyi üçün daha çox çalışmaya davam edəcəyik. Həmçinin Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı istiqamətində əməyimizi əsirgəmiyəcəyik.
Sonda Azərbaycan və Qazaxıstandakı hər bir ailəyə xoşbəxtlik və bərəkət, ölkələrimizin əlaqələrinin daha güclü olması, birlik və bərabərlik arzulayıram.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.01.2017
“Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
17.01.2017
Yazmaq yazıçının missiyasıdır
16.01.2017
Prezident təqaüdçüsü: “Universitet seçərkən o qədər də çox düşünmədim”
10.01.2017
“AzMİU TGT-nin əsas gücü onun mehriban və gözəl kollektividir”
09.01.2017
BANM-in tələbəsi: “Dünya səyahətinə çıxmaq istərdim”

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5174

1 Azərbaycan nefti kəskin bahalaşıb
2 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
3 “3rd English Olympiad Baku 2017” layihəsi keçiriləcək
4 “İnformasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş tətbiq edilir”
5 MKİ etiraf etdi: “Obama administrasiyası “ərəb baharı”nın nəticələrini doğru hesablamayıb”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info