“Xəstəlik ona görə ağır keçir ki, insanlar yataq rejiminə riayət etmir, həkimə getmir, müalicə almırlar”
Tarix: 09.01.2017 | Saat: 20:38:00 | E-mail | Çapa göndər
"Azərbaycanda tək-tək hallarda A tipli qrip virusuna aid olan H3N2 aşkar olunur". Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya deyib ki, bu gün insanlarda əsasən respirator virus infeksiyalarına xas olan adena virus, paraqrip müşahidə edilir.
Onun sözlərinə görə, tək-tək hallarda A tipinə aid olan virus yoluxmaları olur və bu, mövsümi haldır: “Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olur. Xəstəlik ona görə ağır keçir ki, insanlar yataq rejimə riayət etmir, həkimə getmir, müalicə almırlar. Bu qaydalara riayət edilmədikdə xəstəlik ağırlaşır. Amma ilk əlamətlər olduqda həkimin dediyi təyinatla müalicə olunsa, həmin şəxslərdə xəstəlik yüngül keçir, heç bir ağırlaşma-bronxit, pnevmaniya olmur. Xəstəliyin ağırlaşmasına insanlar özləri səbəb olurlar. Xəstə insanlar işə davam edəndə, evdən çıxanda ətrafdakıların da yoluxmasına səbəb olur”. A.Əliyeva qeyd edib ki, bu günə kimi nisbətən ağır respirator infeksiya keçirən xəstələrdən laborator müayinə üçün material götürülür və Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında müayinə olunur. Direktor müavini vurğulayıb ki, onların arasında bir neçə nəfərdə A tipli qrip virusuna aid olan H3N2 qeydə alınıb. Onun sözlərinə görə, H3N2 çox yüngül keçən mövsümi qripdir.
A.Əliyeva qeyd edib ki, Azərbaycanda insanların qripdən ölməsi ilə bağlı səsləndirilən fikirlər əsassızdır, indiyə kimi ölkədə qripdən ölən olmayıb.




 
Bölməyə aid digər xəbərlər
26.04.2018
Möcüzəvi alma sirkəsi - ürəyi sağlam edir, arıqladır, gözəlləşdirir...
25.04.2018
Mədə ağrısını, köpü götürür, sümükləri bərkidir...
24.04.2018
Hər gün bu qidadan yeməniz mütləqdir
21.04.2018
Yuxu zamanı qaraciyəri zəhərlərdən təmizləyən möcüzəvi içki
18.04.2018
Saç uzadan 5 vasitə

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9101

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib
4 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
5 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info