İsveçrədə Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri müzakirə olunub
Tarix: 09.01.2017 | Saat: 20:40:00 | E-mail | Çapa göndər
İsveçrənin Sürix şəhərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla “İnterRail Holding AG” şirkətinin sədri Hans Raynhard arasında ikitərəfli görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Sevinc Qədirovanın verdiyi məlumata görə, görüş zamanı İsveçrə yüklərinin Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinə cəlb edilməsi, isveçrəli tərəfdaşlarla əməkdaşlığın perspektivləri məsələsi müzakirə olunub.
C. Qurbanov bildirib ki, əsas vəzifə Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edərək, beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə, ölkə ərazisindən keçən marşrutlara, tranzit yüklərin cəlb edilməsidir. Bu marşrutlara yük axınının cəlb edilməsi üçün bütün imkanlar səfərbər edilib. Eyni zamanda nəzərə çatdırıb ki, İsveçrənin "Stadler Rail Group" şirkəti ilə geniş əlaqələr mövcuddur. Hazırda şirkətin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarları Bakı-Sumqayıt marşrutunda istismar olunur. “İnterRail Holding AG” şirkətinin prezidenti H. Raynhard Şimal-Cənub dəhlizinin aktivləşdirilməsində çox maraqlı olduqlarını vurğulayıb. Həmçinin “Azərbaycan Dəmir Yolları” QSC ilə bu istiqamətdə həyata keçiriləcək strateji əməkdaşlığın önəmindən danışıb. Qeyd edək ki, “InterRail Holding AG” şirkəti İsveçrənin “Transİnvest” holdinqinə daxildir. Mərkəzi və Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya kimi ərazilərdə əlaqələri olan “TransInvest” şirkəti, 111 fərdi şirkətlərlə dünyanın 34 ölkəsində fəaliyyət göstərir. Şirkətin əsas dörd coğrafi biznes istiqaməti var. Bura Avropa İttifaqı - İsveçrə, Rusiya - Şərqi Avropa, Orta Şərq - Mərkəzi Asiya, Asiya - Uzaq Şərq daxildir. İrandan Avropaya və Avropadan İrana yüklərin idxalı və ixracı ilə məşğul olan nəqliyyat şirkətidir. “InterRail Holding AG” isə dəmir yolu ilə yükdaşıma xidmətləri üzrə Avropa və Avrasiya məkanında aparıcı şirkətlərdən biridir. Beynəlxalq blok qatarların operatoru kimi fəaliyyət göstərir. Avrasiya qitəsində, xüsusilə də MDB ölkələrində ümumi və konteynerləşdirilmiş yüklərin daşınması və konteyner ticarəti ilə məşğul olur. Geniş vaqon parkına sahibdir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq
17.11.2017
“Azərişıq“dan abonentlərə şad xəbər
17.11.2017
Xarici sularda üzən Azərbaycan gəmilərinin sayı artıb
17.11.2017
Şahin Mustafayev Biləsuvarda vətəndaşları qəbul edib
17.11.2017
Metro vaqonlarının təmiri sexi istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7718

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info