Strateji Yol Xəritəsinin icrası nəticəsində tranzit və ümumi daşımalarda artım gözlənilir
Tarix: 09.01.2017 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Strateji Yol Xəritəsinin icrası nəticəsində tranzit və ümumi daşımalarda, ikitərəfli və çoxtərəfli daşımalarda artım gözlənilir. Bu barədə TRASEKA nəqliyyat dəhlizi layihəsinin hökumətlərarası komissiyasının Azərbaycan üzrə Milli katibi Akif Mustafayev “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” ilə bağlı fikir bildirərkən deyib.
O bildirib ki, tranzit və ümumi daşımalarda artım təxminən 30 faizdən yuxarı gözlənilir. “Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə, həmçinin qeyd edilib ki, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün sərhəd-keçid prosedurları sadələşdiriləcək. Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək məqsədilə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi üçün idxal-ixrac əməliyyatlarına və tranzit yüklərinin daşınmasına sərf olunan vaxt və xərclər optimallaşdırılmalı, beynəlxalq dəhlizlər boyu yol infrastrukturları genişləndirilməli, yenidənqurma işləri və tikinti layihələri başa çatdırılmalı və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Ekspertlər hesab edir ki, Azərbaycanda həyata keçirilən çox mühüm infrastruktur layihələr ölkəmizi dünyanın ən böyük logistika mərkəzlərindən birinə çevirəcək. Strateji Yol Xəritəsinə əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Heydər Əliyev Beynəlxalq Aeroportu və ölkənin daxili ticarət şəbəkəsinə çevik inteqrasiyasını təmin etmək üçün avtomobil və dəmir yolu əlaqələri gücləndiriləcək. Rayonlararası əlaqələrin yaxşılaşdırılması məqsədilə avtomobil yollarının tikintisi və təmiri prioritet olacaq. Yükdaşıma həcmi iqtisadi səmərəliliyi təmin edəcək səviyyəyə çatdıqdan sonra dəmir yolu əlaqələri də qurulacaq. Daha sonra qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün sahilboyu ərazilərdə yeni logistika və ticarət mərkəzlərinin yaradılmasına başlanılacaq.








 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Məhərrəm İncə: ”Əgər seçkidə uduzmusansa, rəqibə çamur atmaq düzgün deyil”.
25.06.2018
Silahlı Qüvvələrimizin 100 illik yubileyi Pakistanda qeyd olunub
24.06.2018
Belarus müstəqilliyini itirə bilər
23.06.2018
“Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir“
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunmasına tam zəmanət verir”

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9464

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info