“Əl-Cəzirə”də Azərbaycanla bağlı reportaj
Tarix: 09.01.2017 | Saat: 20:48:00 | E-mail | Çapa göndər
“Əl-Cəzirə” telekanalı Azərbaycanla bağlı silsilə reportajlarını davam etdirir. Növbəti reportajlarda respublikamızın cənub bölgəsinin folklorundan və çay ənənəsindən bəhs olunur. Reportajlardan birində Lənkəranda fəaliyyət göstərən “Nənələr” folklor kollektivi haqqında məlumat verilir.
Jurnalist yüz illərdən bəri nəsildən-nəslə ötürülən nəğmələrin bu kollektiv tərəfindən məharətlə ifa edilməsindən söhbət açır. Bildirir ki, bu nəğmələr həmin diyarın irsindən xəbər verir. Nənələr evlərində və əkin sahələrində işləyərkən gündəlik həyatlarının anlarını əks etdirən folklor tabloları yaradırlar. Ansamblın üzvü Gülbəzək Kərimova “Əl-Cəzirə” telekanalının müxbirinə müsahibəsində deyir: “Əsrlərdən bəri oxunan bu nəğmələrlə biz yaşadığımız gündəlik həyatımızı, arzularımızı tərənnüm edirik”. Reportajda qeyd edilir ki, nənələr irsən aldıqları folklor rəqslərini və mədəniyyətlərini nəvələrinə öyrətməyə çalışırlar. “Biz uşaqlarımıza talış xalqı ilə yanaşı, başqa xalqların da folklorunu öyrədirik. Bununla da ölkəmizin mədəniyyətinin zəngin və rəngarəng irsinin sintezini çatdırmağa çalışırıq”, - deyə ansamblın digər üzvü Qızbəs Əhədova qeyd edir. Reportajda bildirilir ki, azərbaycanlılar folklor rəqslərini gündəlik həyatlarının müxtəsər sənət əsərləri hesab edirlər. Bu rəqslər ölkədə yaşamış müxtəlif xalqların nəsildən-nəslə keçmiş və əsrlərdən gələn davranışlarını əks etdirir. Rəqslər ictimai tədbirlərdə, ümumxalq bayramlarında təqdim edilir və cəmiyyətin bütün təbəqələrinin rəğbətini qazanır, həmçinin turistlərin marağına səbəb olur. “Əl-Cəzirə” telekanalının respublikamızın cənub bölgəsindən hazırladığı daha bir reportaj çayçılığa həsr edilib. Reportajda bildirilir ki, çay azərbaycanlıların həyat tərzidir, həm də ictimai əlaqə vasitəsi hesab olunur. Çay hətta diplomatik görüşlərin tərkib hissəsidir. Qeyd edilir ki, cənub bölgəsində Lənkəran sakinləri çayı yüz illərdən başlayaraq müxtəlif meyvələrdən hazırlanan mürəbbələrlə içirlər. Bu, həmçinin ənənələrə bağlılığın göstəricisidir. Mürəbbələrdən daha çox qış fəslində istifadə olunur, çünki faydalıdır və soyuqdəymənin dərmanıdır. Müəllif vurğulayır ki, çay süfrəsi insanları bir yerə toplayır. Müxtəlif mərasimlər, o cümlədən elçilik zamanı da çaydan istifadə olunur. Çay həm də iqtisadi baxımdan cənub bölgəsi üçün mühüm əhəmiyyətə malikdir. Yüzlərlə sakin çayın becərilməsi ilə məşğul olur. Reportajda Azərbaycan çayının kimyəvi tərkiblərdən uzaq olduğu diqqətə çatdırılır.





 
Bölməyə aid digər xəbərlər
25.04.2018
“Bu gün Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edirik”
25.04.2018
“ATƏT Azərbaycanla əməkdaşlığını daha da möhkəmləndirmək niyyətinə sadiqdir”
25.04.2018
“Azərbaycan və İsrail arasındakı əlaqələr möhkəmlənir”
25.04.2018
“Ahaber.com.tr”: “İlham Əliyevin qarşılanma mərasimində ilk dəfə Azərbaycanın şərəfinə “Can Azərbaycan” səslənib”
25.04.2018
İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info