“Ağıllı” əsa istifadəçinin fiziki vəziyyətini izləyəcək
Tarix: 10.01.2017 | Saat: 12:46:00 | E-mail | Çapa göndər
“CES 2017” istehlak elektronikası sərgisində ənənəvi olaraq istifadəçilərin həyatını daha da sadələşdirmək və yaxşılaşdırmaq məqsədilə çoxsaylı “ağıllı” qurğular təqdim edilir. Belə qurğulardan biri Fransanın “Nov`in” şirkətinin nümayiş etdirdiyi “ağıllı” “Dring Smartcane” əlağacıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, xarici görünüşünə görə adi əsanı xatırladan qurğuda istifadəçinin hərəkətlərini izləmək üçün akselerometr və giroskop quraşdırılıb. Bütün toplanan məlumatlar istifadəçinin vərdişlərini və aşağı aktivliyini, yorğunluğunu və insan həyatı tərzində sağlamlıq vəziyyətinin pisləşməsi ilə əlaqədar ola bilən digər dəyişiklikləri müəyyənləşdirmək üçün xüsusi alqoritmlər tərəfindən emal edilən mühafizəli serverə göndərilir.
Məlumata görə, fiziki aktivliyi izləməklə yanaşı, “ağıllı” əsa istifadəçiyə “GSM” şəbəkəsi vasitəsilə mümkün bədbəxt hadisənin baş verməsini bildirən siqnalı göndərməyə imkan verən həyəcan düyməsi ilə təchiz edilib. Bundan başqa, yaxın insanlar və qohumlar insanın əlağacından yıxılması zamanı bildiriş alacaqlar. Həmçinin istifadəçiyə səs siqnalı şəklində yardımın gəlməsini bildirən xəbərdarlıq gələcək.
“Dring Smartcane” qurğusunun ilk növbədə əsa olmasına görə “Nov`in” kömək üçün əlağacı istehsalı sahəsində yüzillik təcrübəyə malik “Maison Fayet” şirkətinə müraciət edib. Nəticədə şirkət tərəfindən daxilində müasir texnologiyaların gizləndiyi maksimum sadə və erqonomik dizayna malik qurğu hazırlanıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.01.2017
Sahibini üzdən tanıyan telefonlar gəlir
23.01.2017
10 min dollara təkər üzərində ev
23.01.2017
Finlandiyada orqanların köçürülməsi üzrə rekord müəyyən edilib
23.01.2017
Yeni “iPad” planşetlərinin nümayişi bu ilin ikinci yarısında olacaq
23.01.2017
Dost seçimi bizim genetik koddan asılıdır

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5236

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Yapon məktəblilərindən məktublar
5 “Dünyanı birləşdirəcək dəmir yolu xətlərinin mərkəzi Azərbaycan olacaq”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info