“AzMİU TGT-nin əsas gücü onun mehriban və gözəl kollektividir”
Tarix: 10.01.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər
Rafael Şixəmmədov: “TGT tələbənin idarəetmə bacarığını, liderlik qabiliyyətini artırır”
Müsahibimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rafael Şixəmmədovdur.

-Özünüz barədə məlumat verərdiniz.
-Şixəmmədov Rafael Vüqar oğlu 4 oktyabr 1993-cü ildə Qusar şəhərində anadan olmuşam. Orta təhsilimi Qusar şəhər 2 nömrəli məktəbdə almışam. Daha sonra 2012-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “İnşaat mühəndisliyi” ixtisasına qəbul olmuşam və təhsilimlə əlaqədər Bakı şəhərinə köçmüşəm. Universitetdəki təhsil, tədrisin səviyyəsi yüksəkdir desəm, yanılmaram. Ümumiyyətlə, maraq üçün deyim ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əsası 1975-ci ildə qoyulub. Universitetin ümumi sahəsi 49000 m2  olan 5 tədris korpusu, tələbə şəhərciyi var. Universitetin yüksək maddi texniki bazası, laboratoriyaları, idman kompleksi, müasir və işıqlı auditoriyaları mövcuddur. Bütün tədris korpusları yeni təmir olunub. Yəni bütün bu şərait tələbələrin rahat problemsiz təhsil almaları üçün yaradılıb və bu ali təhsil ocağı memarlıq və inşaat sahələri üzrə yeganə təhsil ocağıdır.
- Universitetdə tələbələrin problemləri necə həll edilir?
-Təbii ki, hər bir universitetdə müəyyən xırda problemlər yaranır. Bizim universitetdə də haqlı tələbəyə daim dəstək verilir. AzMİU-da bir ənənə var. Hər il rektor Gülçöhrə Məmmədova hər fakültənin I kurs tələbələri ilə ayrı-ayrılıqda görüş keçirir, hər tələbə onu maraqlandıran sualları birbaşa rektora bildirir və yerindəcə həll edilir. Yadımdadır ki, Gülçöhrə xanım görüşlərin birində belə bir cümlə demişdi: “Oxuyan tələbə bizim dostumuzdur və biz ona həmişə kömək etməyə hazırıq”. Həqiqətən də bu belədir, 4 il təhsil aldığım müddətdə bu halın şahidi olmuşam və buna görə də 4 illik tələbəlik həyatımı universitetə həsr etmişəm. Universitetin rəhbərliyi ziyalı insanlardır, hər biri elmi dərəcələrə sahib və tələbələrə dəstək verən insanlardır. Məsələn, heç bir prorektorun qapısında qəbul günü və saatları yoxdur, prorektorların qapıları daim tələbələrə açıqdır. Yəni istənilən tələbə şikayətini, təklifini, qarşılaşdığı çətinliyi universitet rəhbərliyinə istənilən vaxt bildirə bilir.
-AzMİU-nun Tələbə Gənclər Təşkilatı haqqında da söz açardınız.
-Qeyd etdiyim kimi, 4 illik tələbəlik həyatımı universitetə həsr etmişəm və 3-cü kursun 1-ci semestrində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının (AzMİU TGT) sədri vəzifəsinə seçildim. AzMİU TGT nədir, nə üçündür, tələbələrə xeyri nədir, niyə tələbə bura üzv olmalıdır kimi suallar ən çox rastlaşdığım suallardır. Ümumiyyətlə, AzMİU TGT universitetimizdə 2005-ci ildə yaradılıb, 17 illik fəaliyyəti dövründə Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə keçirilmiş uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2013 və 2015-ci ildə təltif edilib. 96 TGT-lər arasında 5 ən yaxşı TGT-lərdən biridir. TGT tələbələrin fərdi inkişafına böyük dəstək verir, onların tələbəlik həyatına rəng qatır, yeni dostlar, tanışlar qazandırır, böyük imkanlar açır. İstənilən tələbə bura qoşula bilir və istədiyi layihəyə dəstək ala bilir. Bu isə tələbənin artıq idarəetmə bacarığını, liderlik qabiliyyətini artırır. AzMİU TGT fərqli təşkilatdır, çünki fəaliyyəti yalnız universitet çərçivəsində yekunlaşmır. Bu qurum respublika səviyyəsində, bütün tələbə-gəncləri fərqli və maraqlı tədbir və layihələri ilə özünə cəlb etməyi bacaran bir təşkilatdır. AzMİU TGT-nin əsas gücü onun mehriban və gözəl kollektividir, bir ailə kimi hər kəs bir-birinə kömək edir. Təşkilatın fəaliyyətinə uyğun öz şüarı var, bu “Fərqli ideyalar, fərqli təşkilat!”şüarıdır. Son ən böyük tədbirlərimiz “Payız Gecəsi” balı, “Gənc ekoloqlar” olimpiadası oldu. Qeyd edim ki, bu olimpiadada Bakı şəhərində yerləşən universitetlərdən əlavə olaraq, Gəncə və Mingəçevir rayonlarının universitetlərinin tələbələri də iştirak etmişdi. Olimpiada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ATGTİ və təbii ki, AzMİU-nun dəstəyi ilə keçirildi. Son ən böyük tədbirimiz isə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, ATGTİ-nin təşkilatı dəstəyi ilə keçirilmiş “Gizli Gecə” balı oldu. Bu tədbirdə 500-ə yaxın tələbə gənc iştirak etdi. Ən vacib və artıq ənənə halına çevrilmiş tədbir isə universitetlər arasında ilk dəfə olaraq “İlin ən yaxşıları” fəxri adlarının mükafatlandırılma mərasimidir. Bu mərasimdə “İlin ən yaxşı ictimaiyyətçi tələbəsi”, “İlin tələbəsi”, “İlin müəllimi”, “Tələbələrin dostu”, “İlin ən yaxşı fakültə TGT-si” və “AzMİU TGT-nin dostu” fəxri adları müvafiq qaliblərə təqdim olunur.
Ümumiyyətlə ATGTİ bütün universitet TGT-lərin birləşdiyi bir qurumdur, TGT sədrləri fəaliyyət planını, illik hesabatları ora təqdim edirlər. ATGTİ Cənubi Qafqazın ən böyük tələbə təşkilatıdır. AzMİU TGT-nin uğurlu fəaliyyətinə əsasən, hazırda ATGTİ-nin idarə heyətinin üzvüyəm. Respublika və beynəlxalq əhəmiyyətli tədbir, konfrans, gənclər festivallarında da aktiv iştiraklarım olub.
-Yaşından, işindən asılı olmayaraq gənclərimiz arasında xaricdə təhsil almaq artıq adi hal alıb. Bəs sizin necə, xaricdə təhsil almaq fikriniz varmı?
-Etiraf edim ki, abituriyent olan zaman belə fikrim var idi, ən çox da Almaniyada oxumağı arzu edirdim. Amma bakalavr dövrümdə, xeyr, bu fikirlərdən uzaqlaşdım. Oxumaq istəyən gənc şəraitdən asılı olmayaraq qarşısına məqsəd qoyaraq oxuyacaq və istədiyinə nail olacaq. “Xaricdə təhsil alacağam”- bu cümlə gənclər arasında artıq yayılmış bir şablon cümləyə də çevrilir. Necə ki bəzilərimiz bir işi tənbəllikdən “bunu sabah edərəm” deyib başqa günə təxirə salaraq, sabahda unudur və ya, ümumiyyətlə, etməyərək üstündən keçirik. Eyni şeyi də xaricdə təhsil almaqla bağlı bəzi gənclərimiz edirlər. Daha düşünmürlər ki, zaman gedir. Burada yaxşı oxumayan bir tələbə, gənc başqa ölkədəmi oxuyacaq? Mən AzMİU-dakı təhsili bəyənirəm, və bu səbəbə görə də magistr təhsilimi bu ali təhsil ocağında davam edəcəyəm. Amma xaricdə başqa universitetlərdə təhsilini davam etdirmək istəyən minlərlə gəncə də uğurlar arzu edirəm, çünki onların da öz hədəfləri var.
-Gənclərimizə hansı tövsiyələriniz olardı?
-Bir çox gənclər “Hər şeyi sıfırdan başlamaq lazımdı” fikri ilə yaşayır, və o sıfırdan mənfiyə doğru gedərək öz həyatlarını uçuruma aparırlar. Sıfırdan başlamaqdansa, səhvlərini düzəldərək və hazırda özünəməxsus bazanla irəliləməklə bu bazanı, potensialını daha da zənginləşdirməyi daha çox tövsiyə edərdim. Biz gənclər bu ölkənin gələcəyiyik. Qarşınıza məqsəd qoyun, məqsədinizə doğru inamla hərəkət edin. Biliklərinizi artırın, heç vaxt gec deyil. Gələcək gənclərlə gələcək! Gələcəyinizi düşünün və onu gözəlləşdirin! Həyatınız sizin əlinizdədir!

-Gələcəyin siyasətçisi kimi, Azərbaycanın indiki yürütdüyü xarici siyasəti necə dəyərləndirərdiniz?
- Prezident İlham Əliyevin hazırkı daxili və xarici siyasəti təqdirəlayiqdir. Fikir verin, ölkə rəhbərliyi, respublikanın maksimum dərəcədə beynəlxalq səviyyədə tanıtımını edir, gənclərə istənilən dəstək verilir ki, onlar ölkəni beynəlxalq səviyyəli tədbirlərdə də təmsil etsinlər. Ölkə nə qədər çox beynəlxalq səviyyədə tanınarsa, bir o qədər də güclü olar və onun sözü də keçərli olar. Uzağa getməyək, qonşumuz Ermənistan lobbiçilik siyasəti hesabına beynəlxalq səviyyədəki təbliğatını daim qurur. Biz də bu ölkədən daha güclü təbliğati işlər aparmalıyıq və bunu da edirik. Beynəlxalq tədbirlərin daha çox ölkəmizdə təşkil edilməsinə nail olmaqla isə Azərbaycanın adını daha yüksəklərə qaldırırıq.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.04.2017
ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
24.04.2017
BANM-in müəllimi: “Məzunlarımız BANM-in adını hər zaman layiqincə yaşadacaqlar”
21.04.2017
İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
18.04.2017
Azərbaycanı tanıdan albaniyalı tarixçi
17.04.2017
Ədəbi tənqid gələcəklə bağlı elmdir

Şərh əlavə olunmayıb



    ,    
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6299

1 Bakı Mühəndislik Universitetində YAP-ın təsis konfransı keçirilib
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 Suraxanıda Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsi açılıb
4 Azərbaycan məhsullarının xarici KİV-lərdə təbliğində diasporun rolu
5 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
28.04 13:16 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info