AMEA prezidenti Əlyazmalar İnstitutunda magistrantlarin imtahan prosesi ilə taniş olub
Tarix: 10.01.2017 | Saat: 16:24:00 | E-mail | Çapa göndər
Məlum olduğu kimi, AMEA prezidenti, akademik Akif Əlizadənin 22 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, akademiyanın magistrantları üçün qış imtahan sessiyasının müddəti 29 dekabr 2016-cı ildən - 2 fevral 2017-ci il tarixlərinədək müəyyən edilib. Sessiya müddətində AMEA magistrantları ümumilikdə 197 fənndən imtahan verəcəklər. Bu günədək artıq 40-a yaxın fəndən imtahan keçirilib.
10 yanvar 2017–ci il tarixdə AMEA prezidenti, akademik Akif Əlizadə akademiya magistrantlarının imtahan prosesi ilə tanış olmaq üçün Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. O, instititunda təhsil alan 3 magistrantın “Tətbiqi kulturologiya” fənni üzrə imtahan prosesini izləyib.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli imtahanların gedişi barədə akademiya prezidentinə ətraflı məlumat verib. İnstitutun elmi katibi, Tətbiqi kulturologiya fənnini tədris edən müəllim fil.ü.f.d., dosent Əzizağa Nəcəfov akademik Akif Əlizadənin fənnin magistrantlar tərəfindən mənimsənilməsi ilə bağlı suallarını cavablandırıb.
AMEA prezidenti milli-mənəvi dəyərlərimizin öyrənilməsi və təbliği işinə akademiyanın bütün institutlarında xüsusi önəm verdildiyini bildirmiş və bu sahədə Əlyazmalar İnstitutunun xüsusi önəm daşıdığını vurğulayıb.
Alim AMEA-da magistratura pilləsinin təşkilinin əhəmiyyətini bir daha nəzərə çatdırmış, bu addımın ölkədə elm və təhsilin inteqrasiyasına xidmət etdiyini qeyd edib. AMEA prezidenti magistrantları onlar üçün yaradılmış elmi mühitdən yararlanmağa, akademik biliklər əldə etməyə və fəal olmağa səsləyib. O, akademiya rəhbərliyinin bu sahədə onları hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.
Görüşdə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin (ETİ) rəisi, texnika elmləri doktoru Əminağa Sadıqov, ETİ-nin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və AMEA-nın Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri Kərimulla Məmmədzadə də iştirak ediblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.08.2017
Dünya Skaut Komitəsinə yeni sədr və müavinlər seçilib
18.08.2017
Azərbaycanın ilk qadın xalq şairəsi
18.08.2017
“Azərbaycana yenidən qayıdacağımı arzulayıram”
18.08.2017
Müəllimlərin işə qəbulunda hansı ixtisaslarda daha çox rəqabət var
18.08.2017
Dünya Skaut Komitəsinin yeni sədri və sədr müavinləri seçilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7147

1 Gürcüstandakı gənclərimiz film çəkiblər
2 Ən gənc professor Prezidentə təşəkkür ünvanladı
3 “Əcnəbilərə əvvəlcə mədəniyyətimiz tanıdılmalı, sonra Qarabağ həqiqətləri təbliğ edilməlidir”
4 Mədəniyyət obyektlərinin tikintisinə vəsait ayrıldı
5 Gənclərimiz Azərbaycanın Mərakeş Krallığındakı səfirliyində olublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info