Naxçıvanda 20 Yanvar faciəsini əks etdirən sərgi və guşələr təşkil edilib
Tarix: 10.01.2017 | Saat: 17:00:00 | E-mail | Çapa göndər
Muxtar respublikanın mədəniyyət müəssisələrində 20 Yanvar faciəsini əks etdirən sərgi və guşələr təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Dövlət Tarix Muzeyində 20 Yanvar guşəsi ilə yanaşı təşkil edilən sərgidə muxtar respublikanın Əməkdar Rəssamı Əli Səfərlinin “20 Yanvar”, Qədirulla Bağırovun “Şəhidin kitabı” adlı rəsm əsərləri, 20 Yanvara aid sənədlər, 20 Yanvar şəhidlərinin fotoşəkilləri nümayiş olunur.
Həmin gecə Bakıda şəhid olan Ordubad rayon sakini Rahim Babayevin və Şahbuz rayon sakini Teymur Alməmmədovun da fotoları sərgidə yer alıb.
M.S.Ordubadi adına Muxtar Respublika Kitabxanasında isə kitablardan ibarət sərgi təşkil olunub. Burada müxtəlif tarixi əsərlər və Qanlı Yanvar hadisələrindən bəhs edən bədii kitablar yer alıb.
Xatirə Muzeyində 20 Yanvar faciəsinə həsr edilən bir neçə guşə yaradılıb. Guşələrdə əsasən 20 Yanvar şəhidlərinin fotoşəkilləri, ümummilli lider Heydər Əliyevin həmin faciə ilə bağlı fərmanları və digər tarixi sənədlər sərgilənir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Xalq şairi Xəlil Rza Ulutürkün xatirəsi anılıb
22.06.2017
Şəki “İpək Yolu” festivalında 10-a yaxın ölkənin musiqi kollektivi çıxış edəcək
22.06.2017
“Baku Fashion Club” təşkilatının təqdimat mərasimi olacaq
21.06.2017
Şəki Xan Sarayı və Şəkinin tarixi hissəsi UNESCO-nun Dünya İrsi Siyahısına namizədlərin sırasında
21.06.2017
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Pekində forum işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6792

1 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
2 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
3 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
4 “Ruhuma daha yaxını müəllimlikdir”
5 İtalyan jurnalist Simon Zapellaro: “Hamı Ermənistandan qaçır”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info