MKİ etiraf etdi: “Obama administrasiyası “ərəb baharı”nın nəticələrini doğru hesablamayıb”
Tarix: 10.01.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər
Con Brennan: “İndiki administrasiyanın əksər üzvləri “ərəb baharı”nın nəticələri ilə bağlı düşüncələrində realist olmayıblar. Onlar qeyri-real olaraq düşünürdülər ki, “ərəb baharı” həmin ölkələrdə demokratiyanı inkişaf etdirəcək”

Putin: “Ərəb baharı” dünyanın əsas dövlətlərinin geosiyasi maraqlarını təmin etmək üçün beynəlxalq hüquq normalarına əməl etməməsi nəticəsində baş verib. Birqütblü dünya yaratmaq cəhdləri tam şəkildə iflasa uğradı və dünya arenasında balans bərpa olunur”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bildirib ki, səlahiyyət müddəti başa çatmaqda olan Obama administrasiyası “ərəb baharı”nın nəticələrini doğru hesablamayıb. Bu haqda CNN məlumat yayıb. “Mən hesab edirəm ki, Vaşinqton, o cümlədən indiki administrasiyanın əksər üzvləri “ərəb baharı”nın nəticələri ilə bağlı düşüncələrində realist olmayıblar. Onlar qeyri-real olaraq düşünürdülər ki, “ərəb baharı” həmin ölkələrdə demokratiyanı inkişaf etdirəcək . Demokratiya konsepsiyası bir çox ölkələrdə, mədəniyyətlərdə, insanlarda kök salmayıb”- deyə MKİ rəhbəri bildirib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bir müddət əvvəl də açıqlamışdı ki, 2011-ci ildə ABŞ qoşunlarının İraqdan çıxarılması həmin ərazilərdə “İŞİD” terror təşkilatının yaranmasına səbəb olub: “Hesab etmirəm ki, bu, əsas səbəbdir. Amma ABŞ qoşunlarının İraqdan çıxarılması terror təşkilatının yaranmasında mühüm faktor oldu. Biz orada olmadığımıza görə terror təşkilatının yaranmasının qarşısını ala bilmədik. Əgər, bilsəydik ki, “İŞİD” bu qədər güclü olacaq, biz yenə də İraqı tərk edirdikmi? Yəqin ki, etməzdik. Onu da qeyd edək ki, Qərb ölkələrinin mətbəxində hazırlanan “ərəb baharı” ssenarisi Tunis, Misir, Yəmən, Bəhreyn, Suriya, Liviya kimi ölkələri əhatə etdi. Hakim rejimlərin güc yolu ilə devrilməsi, vətəndaş müharibəsinin alovlanması, qeyri-stabillik, terrorizmin inkişafı həmin regionda adi hala çevrildi. Qəzzafinin vəhşicəsinə qətlə yetirilməsindən sonra bir neçə yerə parçalanan Liviya bu gün də terrorizmdən, qruplar arasında bölünmədən əziyyət çəkir. İraq lideri Səddam Hüseynin edam edilməsindən 10 il vaxt keçir. 2003-cü ildə ABŞ qoşunları BMT-nin sanksiyası olmadan İraq ərazisinə hücuma keçib. 6 trilyon dollara başa gələn bu müharibədə ABŞ ordusu 5 min əsgərini itirib. Dünya neft ehtiyatının 20 faizinə sahib olan İraqın ən böyük üstünlüklərirndən biri neftin çox asanlıqla istehsal olunmasıdır. Rəsmi Bağdad 2006-2014-cü illər arasında 550 milyard dollarlıq neft satsa da, bu vəsaitin hara xərcləndiyi bəlli deyil. Çünki Bağdad hökuməti maaşların, pensiyaların verilməsində çətinliklər yaşayır. Bir çox yaşayış məntəqələrində nə işıq var, nə də içməli su. Amerika standartında yaradılan İraq ordusu ölkəni qorumaq iqtidarında deyil. Ekspertlər hesab edir ki, ABŞ-ın müəllifi olduğu “Böyük Yaxın Şərq” planının məqsədi regionda sərhədləri dəyişmək və bölgənin var-dövlətini, resurslarını Qərb üçün əlçatan etməkdir. Qərbin demokratiya bəhanəsi ilə müdaxilə etdiyi İraqda minlərlə dinc sakin amansız müharibənin qurbanına çevrilib. Sonradan bəlli oldu ki, İraqda kimyəvi-kütləvi qırğın silahı olmayıb və Vaşinqtonun hücum istifadə etdiyi “faktların” hamısı yalan imiş...ABŞ-ın “diktatordan azad etdiyi” İraq “Qərbsayağı demokratiyadan” əziyyət çəkir. ABŞ standartlarında yaradılan ordusu iki aya yaxındır ki, Mosulu “İŞİD”dən azad edə bilmir. Maraqlı detal odur ki, elə qarşı tərəfdə - “İŞİD” sıralarında döyüşənlərin bir çoxu ABŞ standartında yaradılan, amerikalıların təlim keçdiyi İraq ordusunda xidmət etmiş əsgərlərdir. İraqın Rusiyadakı keçmiş səfiri Abbas Kunfud müsahibələrinin birində demişdi: “ABŞ-ın hücumundan sonra İraq darmadağın vəziyyətdədir. Buşun səhvi nəticəsində dünya sivilizasiyanın beşiyi itirilib”. Rusiya dövlət başçısı Putin ötən ilin sonunda NTV-yə verdiyi müsahibədə bildirmişdi ki, “ərəb baharı” dünyanın əsas dövlətlərinin geosiyasi maraqlarını təmin etmək üçün beynəlxalq hüquq normalarına əməl etməməsi nəticəsində baş verib: “Birqütblü dünya yaratmaq cəhdləri tam şəkildə iflasa uğradı və dünya arenasında balans bərpa olunur. Situasiya dəyişir. Bir çoxları üçün də sirr deyil, onlar görürlər ki, bir çox tərəfdaşlarımız artıq özləri beynəlxalq hüquq normalarına müraciət edir. Bu, dünyada balansın tədricən bərpa olunduğunu göstərir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.07.2017
Avstraliyada təhlükəsizlik üzrə yeni nazirlik yaradılır
21.07.2017
Yaponiya hökumətində dəyişiklik olacaq
21.07.2017
BMT-nin Türkiyə nümayəndəliyi önündə etiraz mitinqi keçirilib
21.07.2017
Avstraliyada təhlükəsizlik üzrə yeni nazirlik yaradılır
20.07.2017
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır

Şərh əlavə olunmayıb



    ,    
Nigar Abdullayeva
Elsevər Məmmədov
Ülvi Hüseynli
Mübariz Nuriyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6979

1 İki min müəllim birbaşa müsahibə mərhələsinə buraxılacaq
2 “20 illik kirayənişin həyatımıza son qoyuldu...”
3 İsrail TANAP-a qoşulur
4 Azərbaycanda elm sahəsində ilk – 33 yaşlı professor
5 “Kölndə hər il sərgilərim təşkil olunur”
21.07 11:37 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info