Britaniyada dəmiryolçular da tətillərə qoşulub
Tarix: 10.01.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər
Dünən Böyük Britaniya sakinləri və turistlər dəmiryolçuların tətili səbəbindən nəqliyyat problemləri ilə üzləşiblər. “İnterfax” informasiya agentliyi xəbər verir ki, “Cənub Dəmir Yolu” kompaniyasının tətili nəticəsində İngiltərənin cənubu ilə London arasında qatarların hərəkəti dayanıb. Dəmiryolçuların etiraz aksiyası Londondakı iş yerlərinə gedə bilməyən yüz minlərlə insana təsir edib. Tətillər bu gün də davam edəcək. Dünən “British Airways” kompaniyasının bələdçilərinin tətili nəticəsində “Heathrow” hava limanında onlarla aviareys ləğv olunub. İkigünlük aksiyaya aviakompaniyanın bir neçə min əməkdaşı qoşulub. Bundan öncə isə London metrosunun əməkdaşları tətil ediblər. Şəhərdə onlarla stansiya və metropolitenin bir çox xətti bağlanıb. Metro işçiləri əməkhaqlarının azaldılmasına və iş yerlərinin ixtisarına etiraz edirlər.




 
Bölməyə aid digər xəbərlər
27.02.2017
Daha bir erməni təxribatının qarşısı alınıb
24.02.2017
Malayziya polisi: Kim Çen Nam kimyəvi silahla öldürülüb
24.02.2017
Filippin polisi prezidenti tənqid edən senatoru həbs edib
24.02.2017
Birləşmiş Ərəb Əmirliklərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
24.02.2017
Vyetnamda Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5564

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info