ABŞ Avropadakı hərbi gücünü artırır
Tarix: 10.01.2017 | Saat: 20:15:00 | E-mail | Çapa göndər
Tanklar, raketdən müdafiə sistemləri və hərbi aviasiya Rusiya sərhədləri yaxınlığında cəmləşdirilir

Rusiya sərhədləri yaxınlığında ABŞ tankları, raketdən müdafiə sistemləri və hərbi aviasiyası cəmləşməkdədir. Ağır tank briqadasının ABŞ-dan Avropaya transfer edilməsi bəzi KİV-lərdə üçüncü dünya müharibəsinin labüdlüyü ilə əlaqələndirilir.
ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri general-leytenant Tim Rey baş verənlərə münasibət bildirərkən deyib ki, ABŞ-dan zirehli texnika və əsgərlərin Almaniyaya gətirilməsi Rusiya tərəfindən gözlənilən təhlükə və müttəfiqlərin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlıdır. Qeyd edək ki, ABŞ-ın bu addımına Qərb mətbuatı da böyük dəstək verməkdədir. KİV-lər yeni dünya müharibəsinin qaçılmaz olduğunu qeyd edirlər. Keçirilən son sorğuya əsasən, ingilislərin 71, amerikalıların isə 59 faizi Rusiyanı real təhlükə, növbəti müharibəyə start verə biləcək bir ölkə kimi qəbul edir. Əslində, bunun həqiqətə uyğunluğu da sual altındadır. Artıq bəzi Avropa ölkələrində ABŞ-ın hərbi qüvvə və texnikasının Almaniyaya transfer edilməsi ilə bağlı etirazlar müşahidə edilməkdədir. Hətta Almaniyanın özündə, ABŞ-dan gətirilən hərbi texnikanı qəbul edən Bremerxafen liman şəhərində də yerli əhali tərəfindən narazılıq müşahidə edilməkdədir. Lakin Polşa, Baltikyanı ölkələr, həmçinin Rumıniya və Bolqarıstan, ümumiyyətlə, ABŞ-dan gətiriləcək hərbi texnikanın yerləşdiriləcəyi ölkələr daha çox qonaqpərvərlik nümayiş etdirirlər. Xatırladaq ki, NATO-nun ötən ilin iyulunda keçirilən sammitində Varşava öz ərazisində beynəlxalq tank briqadası qərargahının yerləşdirilməsinin təşəbbüskarı kimi çıxış etmişdi. Polşa ərazisində tank briqadası ilə yanaşı, hərbi briqada və bu qüvvələrə dəstək olacaq hava qüvvələrinin də yerləşdiriləcəyi planlaşdırılır. ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı Ben Xodjes qeyd edib ki, hərbi qüvvələrin yerləşdirilməsi fevralın ortalarında başa çatacaq və bundan sonra digər proseslər başlanacaq. Onun sözlərinə görə, Rusiya ilə razılaşmaya görə, NATO-nun Şərqi Avropada daimi əsaslarla əlavə qoşun saxlamaq səlahiyyəti yoxdur. Lakin rotasiya qaydasında yerdəyişmələr ola bilər . Ona görə də Rusiya sərhədində təlim keçən hərbçilər 8-9 aydan sonra başqa hərbçilərlə əvəzlənəcək. Təbii ki, Moskva baş verənləri müşahidəçi kimi izləmək niyyətində deyil, Rusiya prezidenti Vladimir Putin də ötən ilin dekabrında Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında dünyada qüvvələri balansındakı dəyişiklikləri dəqiq izləmək barədə göstəriş vermişdi. Federasiya Şurası komitəsinin sədri Frans Klinçeviç Avropanı barıt çəlləyinə bənzədərək deyib ki, Rusiyanın öz təhlükəsizliyini təmin edə biləcəyinə heç kəsin şübhəsi olmasın.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“ABŞ-ın Avropadakı nüvə silahları geri qaytarılmalıdır“
20.10.2017
Putin: “Avropa Ukraynadakı terroru dəstəklədi”
19.10.2017
”Armenianreport.com”: ”Rusiyaya məxsus Cənubi Qafqaz Dəmir Yolu şirkəti Ermənistanı soyur”
19.10.2017
Moskvada 100-dən çox insanı öldürən erməni sürücünün atası da eyni cinayətdə ittiham olunur
18.10.2017
Rusiya dekabrın 1-də Türkiyədən pomidor idxalına başlayacaq

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7536

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
4 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
5 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info