“3D” çap bazarının həcmi il ərzində 22% artacaq
Tarix: 11.01.2017 | Saat: 12:29:00 | E-mail | Çapa göndər
“IDC” analitiklərinin qiymətləndirməsinə görə, 2016-cı ildə “3D” printerlər, onlar üçün materiallar, proqram təminatı və əlaqədar xidmətlərin satın alınmasına 13.2 milyard dollar xərclənəcək. Növbəti illərdə sözügedən bazarda əldə olunan gəlir orta hesabla 22.3% artaraq 2020-ci ildə 28.9 milyard dollara yaxınlaşacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bu sahənin coğrafi baxımdan perspektivini təhlil etmiş ekspertlər bildiriblər ki, 2015-2020-ci illərdə “3D” çap üçün avadanlıq, proqram təminatı və xidmətlər üzrə ümumi xərclərin 25%-i ABŞ-ın payına düşəcək. Avropa, Asiya-Sakit okean regionu və Yaponiya ümumi gəlirin 50%-ni təmin edəcək. Bununla belə ən yüksək artım tempi Yaxın Şərq və Afrika ölkələrində, həmçinin Mərkəzi və Şərqi Avropada müşahidə ediləcək.
Araşdırmaya əsasən, prototip və detalların yaradılmasını nəzərdə tutan diskret istehsal “3D” çap bazarında aparıcı istiqamətə çevriləcək. Bundan başqa, yaxın illərdə səhiyyə sahəsinin töhfəsi xeyli artacaq: 2020-ci ildə bu sektordan əldə olunan gəlir 3.1 milyard dolları ötəcək ki, bu da səhiyyə sahəsinin 3D” çap bazarının inkişafına əhəmiyyətli töhfə verən sahələrin siyahısında ikinci yeri tutmasına imkan verəcək.
Mütəxəssislər 2016-cı ildə layihələndirmə, avtomobil sənayesi üçün prototiplərin sürətli yaradılması, aviakosmik və müdafiə sahələri üçün detalların istehsalını üçölçülü çap texnologiyasının tətbiqi üzrə ən gəlirli sahələr adlandırıblar. “IDC”-nin qiymətləndirməsinə görə, birinci istiqamət 3.9 milyarddan çox, ikinci istiqamət isə 2.4 milyard dollar qazandıracaq. “3D” çap texnologiyasının köməyi ilə alət və komponentlərin istehsalı daha bir perspektivli istiqamət olacaq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.02.2017
Süni intellektdən vergi məsələlərində istifadə ediləcək
17.02.2017
Kaliforniyada “od şəlaləsi“
17.02.2017
Venerada işləyəcək kompüter çipi icad olunub
16.02.2017
Soyuq hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16.02.2017
Ekvador parlamentinin sədrini öldürmək istəyiblər

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5501

1 “Budapeştdə 2 həftə yaşamaq bəs edər ki, burada biznes qurmaq haqqında fikirləşəsiniz”
2 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
3 “Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”
4 Qarabağ həqiqətlərinin təbliğində xaricdəki gənclərimizin rolu
5 “Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
17.02 16:03 Prezident Münhendə
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info