Prezident Obama Çikaqoda vida nitqi söyləyib
Tarix: 11.01.2017 | Saat: 12:31:00 | E-mail | Çapa göndər
ABŞ Prezidenti Barak Obama yanvarın 10-da Çikaqodakı “Makkormik-pleys” mərkəzində vida nitqi ilə çıxış edib. Prezident Amerika xalqına müraciətlə qeyd edib ki, son səkkiz ildə ABŞ bir sıra göstəricilər üzrə irəliləyişə nail olub: iş yerlərinin sayı artıb, avtomobil sənayesi bərpa olunub, Amerika 2008-ci il iqtisadi böhranından çıxıb, əvvəllər tibbi sığortası olmayan 20 milyondan çox Amerika sakini üçün tibbi sığorta təmin edilib, seksual azlıqların nikah bağlaması üçün onlara azadlıq verilib, Kuba ilə diplomatik münasibətlər bərpa olunub, “bircə dəfə də atəş açılmadan” İranın nüvə proqramı dayandırılıb, ABŞ-ın düşməni – 2001-ci ildə terror hücumlarının əsas təşəbbüskarı olmuş Usama bin Laden məhv edilib.
Obama Amerika cəmiyyətinin problemləri barədə söhbət açaraq qeyd edib ki, ABŞ-da demokratiya üçün əsas təhlükə mənbələrindən biri irqçilik və iqtisadi qeyri-bərabərlikdir. O, terrorizmin dünya nizamı və Birləşmiş Ştatlar üçün təhdid olmasını da xatırladıb.
ABŞ-ın 44-cü Prezidenti Amerika xalqına müraciət edərək ölkənin siyasi həyatında daha fəal olmağa, öz seçki hüququndan və siyasətdə iştirak etmək azadlığından istifadə etməyə çağırıb.
20 minə yaxın insanın toplaşdığı tədbirdə birinci xanım Mişel Obama və Prezidentin böyük qızı Malia Obama, həmçinin vitse-prezident Co Bayden və onun xanımı Cill Bayden də iştirak edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
İraq ordusu “İŞİD”-in nəzarətindəki son bölgə olan Ravanı geri alıb
17.11.2017
NATO baş katibi Türkiyədən üzr istəyib
17.11.2017
Zimbabvenin sabiq vitse-prezidenti keçid hökuməti formalaşdıracaq
17.11.2017
“Türkiyə S-400 alarsa, NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq”
17.11.2017
NATO təlimində Ərdoğan və Atatürkün fotoları hədəf kimi seçilib

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7718

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info